Şəmkirdə avtomobil ağaca çırpıldı - 5 nəfər xəsarət aldı

Şəmkirdə avtomobil ağaca çırpıldı - 5 nəfər xəsarət aldı

Hazırda oxunan: Şəmkirdə avtomobil ağaca çırpıldı - 5 nəfər xəsarət aldı

103051

Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qasımalılar kəndində “VAZ” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yol kənarındakı ağaca çırpılıb. 

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü A.Zalov, 2004-cü il təvəllüdlü M.Cəfərova, 1986-cı il təvəllüdlü G.Cəfərova, 2004-cü il təvəllüdlü A.Orucova və 2008-ci il təvəllüdlü G.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin isə stabil qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO