İlham Əliyev: “Biz boş torpaqlarda xariqələr yaratmışıq”

İlham Əliyev: “Biz boş torpaqlarda xariqələr yaratmışıq”

Hazırda oxunan: İlham Əliyev: “Biz boş torpaqlarda xariqələr yaratmışıq”

102885

“Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakırla söhbət zamanı bildirib.

Prezidentə mövsüm üçün nəzərdə tutulan məhsul planı barədə məlumat verilib:
 

MÖVZU İLƏ BAĞLI:

"Ölkə daxilində iş yerləri və yerli istehsal yaradılacaq" - Prezident


“Hədəfimiz bir hektardan on ton məhsul almaqdır. Bu il 2500-3000 kiloqram ətrafında olacaq. Dördüncü ildə bu rəqəmə çatmaq həqiqətən gözəl nailiyyətdir.

Biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmalıyıq. Çünki bu, çox vacibdir. Biz iki min ton məhsulu isə ixrac etməyi planlaşdırırıq”.

İlham Əliyev “Abşeron Zeytun Bağları”nın iqlimə, təbiətə və  insanların sağlamlığına müsbət təsiri olacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO