"Azad edilmiş ərazilərin baş planları 14 rayon üzrə hazırlanır".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov 44 günlük müharibədə Zəfərə həsr olunmuş elmi-praktik konfrans zamanı deyib.
Onun sözlərinə görə, işğal dövründə erməni vandallar 13 min hektardan çox meşə massivinə, 7 mindən çox ictimati obyektə, 693 məktəbə, 927 kitabxanaya və yüzlərlə digər obyektə ziyan vurub.
"Dövlət komitəsi Ermənistanın işğal dövründə vurduğu ziyan barədə məlumatları toplayır", - deyə o, bildirib.
Bizim.Media