Aİ-dən delimitasiya komissiyasının iclası ilə bağlı REAKSİYA 

Aİ-dən delimitasiya komissiyasının iclası ilə bağlı REAKSİYA 

Hazırda oxunan: Aİ-dən delimitasiya komissiyasının iclası ilə bağlı REAKSİYA 

102835

Avropa İttifaqı Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın başçılıq etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının dünən Brüsseldə keçirilən üçüncü iclasını şərh edib. 

Bizim.Media “europa.eu”ya istinadən xəbər verir ki, Aİ tərəflər arasındakı konstruktiv atmosferi yüksək qiymətləndirib. 

“Bu görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunmuş yüksək səviyyəli razılaşmalardan sonra keçirilir. Tərəflər sərhədlə bağlı məsələlərin həlli, habelə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazır olduqlarını bəyan ediblər”, - deyə məlumatda qeyd olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO