Şamaxıda 2 avtomobil toqquşdu - Bir ailənin 3 üzvü yaralandı

Şamaxıda 2 avtomobil toqquşdu - Bir ailənin 3 üzvü yaralandı

Hazırda oxunan: Şamaxıda 2 avtomobil toqquşdu - Bir ailənin 3 üzvü yaralandı

102488

Şamaxı şəhərində ikisi azyaşlı olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Seyid Əzim Şirvani prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü 59 yaşlı Cəbrayılov Babasən Sahabcan oğlu, onun 7 yaşlı oğlu Sahabcan Cəbrayılov və 9 yaşlı oğlu İbrahim Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şamaxı Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Report.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO