Zelenski Ukraynaya raket atanları “dəli” adlandırdı - VİDEO

Zelenski Ukraynaya raket atanları “dəli” adlandırdı - VİDEO

Hazırda oxunan: Zelenski Ukraynaya raket atanları “dəli” adlandırdı - VİDEO

102467

“Onlar dəlidirlər, xəstədirlər? Yarım gündə 54 raketlə bizə hücum edənlərlə nə danışmalıyıq? Sanki başqa planetdə yaşayırlar”.

Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Çexiya televiziyasına müsahibəsində Rusiya ilə danışıqlar mövzusuna toxunub.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Ukrayna üçün təhlükəsizlik birinci prioritet olaraq qalacaq:

"Biz təhlükəsizliyimizi təmin edəcəyik. Rusiyanı torpaqlarımızda məğlub edəcəyik, amma bu, o demək deyil ki, 10-20 ildən sonra geri dönməyəcəklər”.

Zelenski qeyd edib ki, ukraynalılar özlərini “sərhədlərdə, havada, quruda və suda” qorumalıdırlar:

“Şəhərlərdə də təhlükəsizliyə ehtiyac var”.

Prezident deyib ki, o, Çexiyanın Baş nazirinə ölkələr arasında gələcək nəsillər üçün etibarlı müdafiə sisteminin təmin edilməsinə kömək edəcək müdafiə əlaqələrinin yaradılmasını təklif edib.
Ukrayna lideri əhalini Rusiyadan gələn nüvə təhlükəsindən qorxmamağa çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO