Çexiya əcnəbilər üçün öz sərhədlərini bağladı

Çexiya əcnəbilər üçün öz sərhədlərini bağladı

Hazırda oxunan: Çexiya əcnəbilər üçün öz sərhədlərini bağladı

10201

Çexiya hökuməti yanvarın 30-dan etibarən, koronavirusun pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən respublikanın sərhədlərini xarici vətəndaşlar üçün bağlayır. İndi ölkəyə daxil olmaq üçün yalnız son dərəcə zəruri hallarda icazə verilir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Çexiya radiosu yayıb.

Qadağa fevralın 15-dək davam edəcək. Qeyd edilir ki, yerüstü sərhədlərdə ölkəyə gələnlər yoxlanılacaq.

Çexiyaya girişə icazə ölkədə təhsil alan əcnəbi tələbələrə, eləcə də respublikada çalışan iş adamlarına verilib.

Bundan başqa, əcnəbilər yaxın qohumlarına baş çəkə, dəfn mərasiminə, toya gələ, yaxud tibbi yardım ala bilərlər.

İcazə əhalinin təchizatı üçün yüklərin daşınmasını təmin edən yük maşını sürücülərinə də aiddir.

Oktyabrın 5-dən Çexiyada 12 mart-17 may 2020-ci il tarixinədək fəaliyyət göstərən fövqəladə hallar rejimi bərpa edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO