Hindistanda kanatlı körpü uçdu - 40 ölü var

Hindistanda kanatlı körpü uçdu - 40 ölü var

Hazırda oxunan: Hindistanda kanatlı körpü uçdu - 40 ölü var

101935

Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb və 100-dən çox insan suya düşüb.

Xilasedicilər hazırda hadisə yerindədir. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.

Qeyd edək ki, 140 il əvvəl tikilən körpü yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin üzünə açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO