Müslüm Maqomayev Rusiyanın xalq artistinin həyatını necə xilas edib? - DETALLAR

Müslüm Maqomayev Rusiyanın xalq artistinin həyatını necə xilas edib? - DETALLAR

Hazırda oxunan: Müslüm Maqomayev Rusiyanın xalq artistinin həyatını necə xilas edib? - DETALLAR

101910

Komediya aktyoru Vladimir Vinokur deyib ki, Bakıda zəlzələ zamanı Müslüm Maqomayev onun həyatını xilas edib.

Bizim.Media PROZVEZD portalına istinadən xəbər verir ki, o, bu əhvalatı Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsertdən sonra xatırlayıb.

Vinokurun sözlərinə görə, səhər oyanıb eyvana çıxırmış. Bu zaman Maqomayev ona zəng edəərk həmkarına zəlzələ barədə məlumat verib və ona hamamda gizlənməyi tövsiyə edib.

"Müslümin dediyi kimi etdim" deyə Vinokur qeyd edib - “Bir müddət sonra zəng etdi:

“Çıxa bilərsən!”. Otelin digər qonaqlarından yalnız mən küçəyə çıxmamışdım. Mən heç vaxt belə hadisənin içində olmamışam, ona görə də nə baş verdiyini dərhal başa düşmədim. Amma Müslüm həyatımı xilas edərək mənə kömək etdi”.

Jurnalistlərlə söhbətində Maqomayevin həyatdan gedəndən sonra onun səhnədə layiqli əvəzləyicisinin olmadığı fikrini də dilə gətirib:

“İstedadda Maqomayevə bərabər olan elə bir insanımız yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO