Aİ liderləri  COVİD-19 toplantısına çağırıldı

Aİ liderləri  COVİD-19 toplantısına çağırıldı

Hazırda oxunan: Aİ liderləri  COVİD-19 toplantısına çağırıldı

1017

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Çarlz Mişel  quruma  üzv ölkələrin liderlərini koronavirusa yoluxma hallarının artması səbəbindən  qeyri-rəsmi toplantıya çağırıb. Bizim.Media xəbər verir ki, Ç.Mişel bununla bağlı sosial media hesabında paylaşım edib. Liderləri 29 oktyabrda videokonfransa dəvət edən Ç.Mişel  “ COVİD-19” ilə mübarizədə birgə mücadiləmizi gücləndirməliyik” -deyib.

Qeyd edək ki, Avropa ölkələrinin çoxunda COVİD-19 göstəricilərində böyük artım  qeydə alınıb.  İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya, Belçika kimi bir çox ölkələrdə yoluxma sayı  yüksək  həddə çatıb. Avropa ölkələrinin əksəriyyəti  artım göstəricilərinə  görə yeni tədbirlərə əl atıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO