Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarıldı

Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarıldı

Hazırda oxunan: Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarıldı

100616

Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun biletləri satışa çıxarılıb. 

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk dəfə paytaxtda keçiriləcək yarışın biletlərini onlayn qaydada “iticket.az” saytından əldə etmək mümkündür. 

Biletlər 3 sessiya üzrə satılacaq. Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 AZN təşkil edir. 

Sessiyaların proqramı belədir: 

I sessiya 

5 noyabr 

10:00-12:30 

A qrupu: Türkiyə - İran 

B qrupu: Azərbaycan – Serbiya 

II sessiya 

5 noyabr 

16:00-22:00 

Açılış mərasimi 

A qrupu: İran - Qırğızıstan 

B qrupu: Serbiya – Dünya yığması 

A qrupu: Türkiyə - Qırğızıstan 

B qrupu: Azərbaycan – Dünya yığması 

III sessiya 

6 noyabr 

17:00-20:30 

Bürünc medal uğrunda görüş 

Final 

Aşağıdakı linkə daxil olub, biletləri almaq mümkündür: 

//iticket.az/events/sport/greco-roman-world-cup 

Qeyd edək ki, Dünya Kuboku noyabrın 6-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO