Macarıstan Parlamentinin vitse-spikeri BTA-nı ziyarət etdi - FOTO 

Macarıstan Parlamentinin vitse-spikeri BTA-nı ziyarət etdi - FOTO 

Hazırda oxunan: Macarıstan Parlamentinin vitse-spikeri BTA-nı ziyarət etdi - FOTO 

100555

Bu gün Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasını ziyarət edib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli qonaqları Macarıstanla bağlı həyata keçirilən layihələrlə tanış edib, qarşıda duran işlərdən danışıb.

O, görkəmli türkoloq İştvan Konqur Mandokinin dəyərli irsinin qorunduğu Türk Akademiyasının binasında fəxri qonağı qəbul etməyin rəmzi məna daşıdığını qeyd edib.

Akademiya rəhbərinin sözlərinə görə, Mandoki və onun kimi alimlər zəngin mirası, yaradıcılığı ilə macar və türk xalqları arasında ortaq keçmişimizə və sağlam təməllərə dayanan, heç vaxt yıxılmayacaq bir körpüdür.
Öz növbəsində Şandor Lejak Akademiyanın xalqlarımızın ümumi dəyərlərinin öyrənilməsi və qardaşlığının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə görə minnətdarlığını bildirib. Bundan əlavə, tərəflər ikitərəfli elmi əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.

F.Məcidli türk dünyasında mədəni və ədəbi əlaqələrin inkişafındakı mühüm töhfələrinə görə fəxri qonağa Akademiyanın Əlişir Nəvai Qızıl medalını təqdim edib.

Fəxri qonaqlar Türk Akademiyasının kitabxanasının tanınmış macar türkoloq İştvan Konqur Mandokiyə aid qiymətli kitab fondu ilə ilə tanış olublar. Sonra macar dilində “550 qazax atalar sözü və məsəlləri” və “Kunların təsvirli xronikası” kitablarının təqdimatı olub.
Qeyd edək ki, 2018-ci ildə Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alan ilk ölkə olub.

Qısa müddət ərzində türk dövlətləri ilə Macarıstan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Xüsusilə, Nemet Gyula, György Almaşy, İştvan Konqur Mandoki, Armin Vamberi kimi görkəmli macar türkoloqlarının irsinin öyrənilməsinə həsr olunmuş elmi layihələr reallaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO