Rəqsanədən Azərbaycan saytlarına KİBER HÜCUM - VİDEO 

Rəqsanədən Azərbaycan saytlarına KİBER HÜCUM - VİDEO 

Hazırda oxunan: Rəqsanədən Azərbaycan saytlarına KİBER HÜCUM - VİDEO 

100293

Müğənni Rəqsanə İsmayılova Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının “Instagram” hesablarını bağlatdırıb.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında videoaçıqlama paylaşaraq məlumat verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Sərxan indi də Rəqsanənin səs yazısını yaydı - Qalmaqal BÖYÜYÜR - VİDEO


Rəqsanə yayımladığı videoaçıqlamada bildirib ki, bunu “Instaqram”ın tətbiq etdiyi qaydalar çərçivəsində həyata keçirib.  

Saytların bağlanan “Instagram” hesabları arasında “Olay.az” informasiya agentliyinin 300 minə yaxın izləycisi olan səhifəsi var. Bundan başqa, Axşam.az saytının 624 minlik izləyicisi olan “Instagram” səhifəsi kütləvi şəkildə kiber hücumlara məruz qalıb.  
Müğənni həmçinin, “Qafqazinfo.az” saytının “Instagram” hesabına mesaj yazaraq, onunla bağlı xəbərlər səhifədən silinməzsə, problemlərin yaranacağı ilə hədələyib.  

Qeyd edək ki, R.İsmayılova və həyat yoldaşı iş adamı Fazil Əmiraslanov son günlər aparıcı və aktyor Sərxan Kərəmoğlunu nalayiq ifadələrlə təhqir etməsi ilə dillərə düşüb.  

Belə ki, R.İsmayılova Kərəmoğlunu hədələyərək, başına oyun açacağını və heç kimdən qorxmadığını söyləməsi ilə cəmiyyətdə müzakirə predmetinə çevrilib. Rəqsanənin bu addımı isə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayaraq, tənqid edilib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO