Paşinyan ermənilərə çarəsiz qaldığını etiraf etdi

Paşinyan ermənilərə çarəsiz qaldığını etiraf etdi

Hazırda oxunan: Paşinyan ermənilərə çarəsiz qaldığını etiraf etdi

1002

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.

Bizim.Media Sputnik Armeniya istinadən  xəbər verir ki, Paşinyan “Facebook” vasitəsilə xalqa  müraciət  edib. Bildirib ki, münaqişənin danışıqlar yolu ilə həll variantları yoxdur. Çarəsiz qalmış baş nazir hesab edib ki, hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. “Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidlər, səslənən fikirlər artıq mənasızdır. Ya qələbə, ya da məğlubiyyət, orta yol yoxdur”.

Ermənistanın baş naziri sona qədər mübarizə aparmalı olduqlarını deyib. O, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO