Azərbaycanda qrip əleyhinə peyvənd aparılması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycanda qrip əleyhinə peyvənd aparılması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda qrip əleyhinə peyvənd aparılması ilə bağlı – RƏSMİ AÇIQLAMA

100162

Havalar soyuduqca qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlər daha da gücləndirilir. Fəsil dəyişkənliyi insanların müəyyən viruslara yoluxmasını sürətləndirir ki, bu mövsümdə xarakterik xəstəliklər olan soyuqdəymə, faringit, bronxit və pnevmoniya daha da baş qaldırır. 

Bu günlərdə Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq Əmr imzaladı. 

Sənəddə qeyd olunub ki, 2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar  verilib. Əmrdə profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi ilə bağlı da göstəriş verilib. Mütəxəssislər risk qrupunda olanların vaksinasiyaya cəlb edilməsini tövsiyə edirlər.

Maraqlıdır, mövsümi xəstəlikləri ağır keçirənlər üçün ölkəyə qrip əleyhinə vaksinasiya gətirilibmi?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, hazırda ölkədə qrip əleyhinə vaksinasiya nəzərdə tutulmayıb. 

Qeyd edək ki, peyvənd etdirmək üçün ən münasib dövr sentyabrdan noyabradək olan müddət hesab edilir. Peyvənd orqanizmi 80 faizədək qrip virusundan müdafiə edə bilər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO