“İslahat daxili zərurətə çevrilib”x9d

“İslahat daxili zərurətə çevrilib”x9d

Hazırda oxunan: “İslahat daxili zərurətə çevrilib”x9d

95751

İqtisadçı ekspert Elçin Qurbanovun Moderator.az - a müsahibəsini təqdim edirik:

-Elçin bəy, Prezidentin son fərmanıyla Nəqliyyat Nazirliyinin bir çox funksiyaları əlindən alınıb “Asan Xidmət”x9də verildi. Bir çoxları bunu hakimiyyətdaxili mübarizələrin nəticəsi kimi qiymətləndirsə də, hər halda bürokratizmin qarşısının alınmasında da bu cür tədbirlər zərurətə çevrilib. Necə hesab edirsiniz, dövlət qurumlarının bir çoxunun səlahiyyətləri bu cür əllərindən alınarsa, korrupsiya və rüşvətxorluğun qarşısı alına bilərmi?

-Əlbəttə, alınar. Mən bu cür addımları yüksək qiymətləndirirəm. Rüşvətxorluğa, korrupsiyaya qarşı bundan daha effektli mübarizə aparmaq mümkün deyil. Faktiki olaraq bir sıra qurumların səlahiyyətlərinin “Asan Xidmət”x9də verilməsi həm həmin sahələrdə bir-birinə nəzarət edən müxtəlif qurumların yaranmasına şərait yaradır və bu da şəffalığı təmin edir, bürokratizmi zəiflədir. Qazanan isə təbii ki, ölkə və vətəndaşlar olur. Ümumiyyətlə, “Asan Xidmət”x9d korrupsiya və rüşvətxorluğa qarşı Azərbaycanın kəşfi kimi tarixə düşəcək. Dünyanın bir sıra ölkələri də yəqin ki, uğurla həyata keçirilən bu metoddan gələcəkdə istifadə edəcəklər.

O ki qaldı eyni təcrübənin digər sahələrə tətbiq olunmasının vacibliyinə, sizinlə bu məsələdə razıyam. Düşünürəm ki, gömrükdən tutmuş İqtisadi İnkişaf nazirliyinə qədər bir sıra sahələr də bu xidmətin nəzarətinə verilməlidi. Uzun  zamandır ki, üzərində dayanılmalı olan çox  ciddi məsələlər  vardır ki, artıq həll  edilməsi  üçün zəruri  şərait də  yaranmışdır.

-Sirr deyil ki, xarici qurumlar bizi ən çox korrupsiya və rüşvətxorluqda ittiham edirdi. Sizə elə gəlmir ki, hakimiyyət bu addımla faktiki olaraq bu mübarizəyə başladığı barədə siqnal verdi? Elədirsə, ilk fəaliyyətə niyə Nəqliyyat Nazirliyindən başlanıldı?

-Bilirsinizmi, elə şeylər var ki, onun həyata keçirilməsi xaricdən çox, bizə lazımdır. Korrupsiyaya qarşı mübarizə də həmçinin belə sahələrdəndir. Neft hasilatından asılı qalan iqtisadiyyatımızın dirçəlməsi üçün korrupsiyanın kökü kəsilməlidir. “Qara qızıl”x9dın qiymətlərinin endiyi bir zamanda belə bir siyasətə strat verilməsini yalnız xarici faktorlarla əsaslandırmaq yanlışdır. Hakimiyyətin son zamanlar Avropa qarşısında göstərdiyini qətiyyət bunu deməyə əsas verir ki, Azərbaycan siyasi iradəsi xaricin hər təzyiqi ilə hesablaşacaq qədər zəif deyil. Məncə, islahatlar daxili zərurətlərdən doğur. Azərbaycan hakimiyyəti bu islahatlara getməsə çətin vəziyyətlə üz-üzə qalacağını görür, hiss edir və bu addımları atır.

Bürokratizmə qarşı mübarizəyə Nəqliyyat Nazirliyindən başlanması məsələsinə gəlincə, heç kimə sirr deyil ki,  həm iqtisadi, həm etik, həm də estetik  baxımdan ölkənin ümumi  təsərrüfat sisteminə və  imicinə xələl gətirən bu  Nazirliyin hazırda gərəksiz  və fəaliyyətsiz  bir quruma çevrildiyi diqqətdən  kənarda  qala  bilməzdi. Əvvəla, nəqliyyatın bütün strukturları - su , hava, dəmir yolu, avtomobil yol  təsərrüfatı  ayrı -ayrılıqda müstəqil  fəaliyyət  göstərən  qurumlardır: Xəzər Dəniz Gəmiçlik  İdarəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”x9d ( Cəmiyyət) , Azərbaycan  Dəmir  Yolları QSC, Azal  Dövlət  Konserni, Azəryolservis ASC kimi.

Bu qurumlar respublikanın nəqliyyat sisteminin bütün  sahələrini, demək  olar  ki, əhatə edir. Ölkələrarası  və  ölkədaxili  sərnişin  və yükdaşımalara  nəzarətin və xüsusi  icazələrin ( lisenziyaların ) verilməsi üçün nəinki nazirliyin fəaliyyətinə, hətta kiçik  departamentin  də saxlanılmasına  ehtiyac qalmır.  Belə  ki, həmin  işi “Asan Xidmət”x9din səlahiyyətlərinə həvalə  etmək  mümkündür. Məlumdur  ki, Nazirliyin milyonlarla qiymətləndirilən və ildən ilə artan  dövrüyyədən kənar  aktivləri (əsas  vəsaitləri)   Digər  tərəfdən  isə ictimaiyyət arasında yalnız üzqaralığı  gətirən Nəqliyyat  Nazirliyinin  əməkdaşlarının (müfəttişlərinin) küçə  mübahisələri  ölkəmizin həm  iqtisadi,  həm  də   ictimai dəyərlərinə ziddir .  Zənnimcə, bu  kimi  bir çox nazirlik  və  komitələrin  ləğv edilməsi və onların funksiyalarını əvəz  edən daha yığcam (kompakt)  idarələrin  yaradılması bu  günün  tələblərindədir.

-Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də struktur islahatları aparılacağı təqdirdə işsizliyin ciddi şəkildə artması ehtimalı ilə bağlıdır. Bu arqumenti əsaslı saymaq mümkündürmü?

-Əgər iş yerlərinin  kütləvi şəkildə azalmasını  arqument kimi ortaya  qoysaq, hökmən nəzərə  almalıyıq  ki, bu  həm də sahibkarlıq mühitinin stimullaşdıracaq. Belə  olduğu  halda insanlar  təbii  olaraq sahibkarlıq fəaliyyətinə üz  tutacaqlar. Bu da milli  təsərrüfatın  və iqtisadiyyatın  inkişafını  şərtləndirən amillərdəndir.  Yəni narahatçılıq üçün əsas yoxdur. İqtisadiyyat özü-özünü tənzimləyən mexanizmdir. Hər şey öz yerini tapacaq. Məncə, hökumət çəkinmədən islahatlara başlamalıdır. Ölkə lazımsız və onun əl-qoluna dolaşan mexanizmlərdən azad olmalıdır.

-Bəzi mütəxəssislərə görə, İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra Azərbaycan öz əvvəlki geopolitik əhəmiyyətini itirdi. Bəlkə də Avropa ilə münasibətlərin birdən-birə kəskinləşməsində bu amilin də mühüm rolu var. Siz bu fikrə necə baxırsınız?

-Növbəti sualınıza  cavab  olaraq onu  bildirmək istəyirəm  ki, mən sizin  mətbuatda   Vyanada İran və beynəlxalq “altılıq”x9d (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında  razılaşmanın  məqsədləri  və  nəticələri  barədə  yazılı  olaraq fikrimi  bildirmişdim. Hadisələrin söylənildiyi  kimi  ardıcıllığına bu gün hamınız  şahidsiniz. O  ki qaldı  Azərbaycanın  Avropa ilə münasibətlərinə, mən daha öncədən də mətbuatda qeyd  etmişdim  ki, Avropa  Oyunları  Azərbaycanın  xeyrinə  heç nə vəd etmir və onun ardı  elə İran üzərindən iqtisadi  sanksiyanın  götürülməsi  idi. Hesab edirəm  ki, bu gün  münasibətlərin  gərginləşməsi bizim siyasilərin  çılğın çıxışları  ilə də tarixləşdirilməməlidir. Dünən Milli  Məclis  üzvlərinin  çılğın çıxışları siyasi  təfəkkür  baxımından  təqdirəlayiq  deyil. Belə  hallarda  hisslərə  qapanmaq , vəziyyəti  daha  da gərginləşdirmək  əlverişli  məqsədlərə  xidmət  etmir. 

-Belə bir fikir də var ki, Avropanın Azərbaycana qarşı başlatdığı kampaniya ölkədə qarışıqlıq yaratmağa hesablanıb. Bu fikirlərlə razısınızmı?

-Əgər həqiqətən  də ölkədə siyasi qarışıqlıq yaratmaq istəyirlərsə,  onu  ictimailəşdirmək və  buna görə  konkret ölkələri günahlandırmaq  gərginliyin daha  da  kəskinləşməsinə  şərait yarada  bilər.  Zənnimcə, bu gün  üçün görülməli  işlər qeyri -peşəkar siyasilərin cılız  və  çılğın  iradələrinə uyğun  deyil. Qoy, bunu ölkə  başçısının etimadını  doğrulmayan xəyanətkar məmurlar  yaxşı  başa  düşsünlər.   Mən vəziyyəti  ölkə daxilində  siyasi  ambisiyaların  həyata  keçirilməsi  üçün əlverişli şərait  kimi  deyil, əksinə, ümummilli  siyasi maraqlar  fonunda  anlaşılmasının  tərəfdarıyam. Xarici qüvvələrin ölkədə  inqilab  etmək  maraqları  müxalif  qüvvələr  tərəfindən də düzgün  qiymətləndirilməlidir. Hər  kəs  başa  düşməlidir  ki, təxribatlara  getmək  ölkənin  taleyinin ərəb  baharının dırnaqarası çiçəkləndirdiyi ölkələrin bu  günkü  taleyinə  calanmasıdır. Mən bunu radikal ideoloji cərəyanlara  da  aid  edirəm. Ədalətsiz hesab  edilən  mühiti ağılasığmaz  dərəcədə qanlı-qadalı, zülm dolu başqa  bir  mühitlə  əvəz  etmək və  bu işi  TANRININ  iradəsi  kimi  qiymətləndirmək YARADANA  qarşı  iftiradan  başqa  bir  şey  deyil. Heç  kəs günahsız körpələrin və ümumiyyətlə, dinc  əhalinin  ölümünə  heç nə ilə  bəraət  qazandıra  bilməz. Bir  günahsızın ölümünü bütün  insanların  qətliamı  qədər  ağır günah  olaraq qiymətləndirən İslam dininin  ədalətli hökmləri başqa  cür  təvsir  edilə  bilməz. Tarix , biz  istəsək də,  istəməsək  də, zəruri  olan  hadisələrin  ardıcıllığını qeydə  alacaq. Amma onu da  xüsusi  vurğulamaq  istəyirəm ki,  yaltaqlıq  səmimiyyətin  tam  əksidir. Ona  görə  də  islahatlara  çox  ciddi  ehtiyac  var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO