Keçmiş DQMV-nin daxili işlər naziri müavini olmuş,istefada olan polis polkovniki Sadir Məmmədovxa0 xa0“KarabakhTV”-yə rus dilində müsahibə verib.xa0
Qarabağ müharibəsininxa0 iştirakçısı olan polis polkovnikixa0 öz müsahibəsində 1988-ci ilədək ermənilərin Dağlıq Qarabağda necə rahat, dəbdəbəli həyat sürmələrindən, onlara Azərbaycan hökuməti tərəfindən heç bir təzyiq, ayrı-seçkilik olmamasından bəhs edir. Dağlıq Qarabağın Daxili İşlər nazirinin keçmiş müavini Qarabağda yaşayan sadə ermənilərin “Krunk” kimi ekstremistxa0 təşkilatlar tərəfindən Xankəndində Azərbaycan əleyhinə mitinqlərə zorla gətirildiyinin şahidi olduğunu söyləyir.xa0 Keçmiş polis polkovnikixa0 erməni ekstremistlərinin mitinqləri təşkil etməsinə DQMV-nin yerli hakimiyyəti və Moskvadan - Mixail Qorbaçov tərəfindən birbaşa dəstək göstərilməsixa0 və hətta Kremldən mitinqə gələnlərə toxunmamaq haqda göstəriş verilməsindən danışır...
Moderator.az həmin müsahibənin video-yazısını təqdim edir.
Sultan Laçınxa0
































































































