“Şəriət islam qaydalarına əməl edənlərin ərsəyə gətirdiyi ilahi-dini qanundur”x9d

“Şəriət islam qaydalarına əməl edənlərin ərsəyə gətirdiyi ilahi-dini qanundur”x9d

Hazırda oxunan: “Şəriət islam qaydalarına əməl edənlərin ərsəyə gətirdiyi ilahi-dini qanundur”x9d

196373

İslam hüququ, bu hüququn forma və mahiyyəti, özündə ehtiva etdiyi dəyərlər bütün müsəlman xalqları kimi Azərbaycan xalqı üçün də mühüm önəm kəsb edən, onun yaşamında bu və ya digər dərəcədə rol oynayan başlıca amillərdən biridir. Lakin bununla yanaşı etiraf etməliyik ki, İslam hüququ və onun əsas mahiyyəti bu gün də əksər vətəndaşlarımız tərəfindən yetərincə aydın, birmənalı dərk edilmir. Məhz bu baxımdan Moderator.az olaraq sabiq polis rəisi, tanınmış hüquqşünas Şəmsəddin Əliyevlə söhbətimizdə İslam hüququ anlayışına aydınlıq gətirməyə çalışdıq.

xa0

-Şəmsəddin bəy, İslam hüququ nədir? İslam hüququ dedikdə nə başa düşülür?

xa0

-“İslam (müsəlman) hüququ”x9dxa0 anlayışı altındaVII əsrdə Məhəmməd Peyğəmbərin adı ilə bağlı olan islam dininin hüquqi aspektləri başa düşülür. Bu baxımdan İslam hüququna şəriətin sinonimixa0 kimi də baxılır. Şəriət islamı qoruyan, onun qaydalarına əməl edən insanlar tərəfindən ərsəyə gətirilən ilahi-dini qanundur. Daha doğrusu müsəlmanların “nəyi etmək olar, nəyi etmək olmaz”x9d normalarının məcmusudur. Burada dini və hüquqi başlanğıc normalar bir-birinin ayrılmaz tərkib hissələridir. Amma bəzi alimlər İslam hüququnun hüquqi xarakterini qəbul etmirlər.xa0 Başqa normativ, dini sistemlərdə olduğu kimi (indus hüququ, uzaq şərq ölkələrinin hüququ) şəriət hüququnun əsasında xa0xa0hüquqlar yox, insanların dini vəzifələrinin icrası, yerinə yetirilməsi ideyası durur.

xa0

-Sizcə İslam hüququ fenomeni ilə müasir hüquq elminin mövqeyinə münasibətdə şəriətlə əsaslı fərq varmı?

xa0

-Zənnimcə, İslam hüququ fenomeni ilə müasir hüquq elminin mövqeyinə münasibətdə şəriətlə ciddi fərqlər var. Bunun üçün ilk növbədə şəriət və fiqh nədir? - suallarına cavab vermək lazımdır.xa0 Amma, əvvəlcə İslam hüququn mənbəyinə nəzər yetirək;

1.İslam hüququnun əsasını təşkil edən müqəddəs kitab-Qurani Kərim;

2. Sünnə - Hüquqi əhəmiyyət daşıyan xa0İslam Peyğəmbəri Məhəmmədin (s.ə.s) söylədiklərinə sədaqətin məcmusu;

3. İctimai ”“ dini nüfuza malik, görkəmli islam hüquqşunaslarının mülahizələri;

4. Qiyas-Hüquqi məsələlərin analogiya xa0üzrə xa0tətbiqinə dair mülahizələr və xa0nəzəri fikirlər daxildir.

Fiqh də şəriətin ayrılmaz hissəsidir. Fiqh kəlməsinin lüğəti mənası anlama, başa düşmə deməkdir. Digər tərəfdən, Fiqh-ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh elmi hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, dünya və axirətdə səadətə qovuşmağa kömək edir. Bir növ, şəriət hökmləri ilə bağlı çıxarılan elmdir.

Fiqh - şəriətlə bağlı mənası (istilahi) Quran və Peyğəmbərin (s.ə.s) sünnəsindəki xa0(hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı elm də adlanır.

Şəriətin isə ərəb dilindəki lüğəti mənası- su içilən yerə (su mənbəyi) gedən yol, yaxud gedilməli olan açıq yol- deməkdir. Şəriət sözü Quranda təkcə bir surədə -casiyə xa0surəsinin 18-ci ayəsində var. Müxtəlif versiyaları maidə (süfrə) və Sura surəsinin 48.13 və 21-ci ayələrində də var. Şəriət - Allah tərəfindən Peyğəmbərin vasitəsi ilə insanlara çatdırılan və hökmlərin məcmusunu ehtiva edən ilahi qanundur ”“ deyə bilərik.

Yuxarıda qeyd etdiyim kimi, şəriət sözü eyni zamanda din sözününxa0 sinonimi kimi də qəbul edilir. Yəni, vəhylə sabit olan əqidə, əxlaq və əməllərlə əlaqədar bütün hökmləri əhatə edən elm, islam hüququnun mənbəyi!

xa0

-Müsəlman hüququnun hansı tarixi mənbələri mövcuddur?

xa0

-Quran və sünnə müsəlman hüququnun xa0Məhəmməd Peyğəmbərin(s.ə.s) adı xa0ilə bağlı olan bilavasitə əsas tarixi mənbəyi sayılır. Məhəmməd Peyğəmbərin(s.ə.s) (632-ci ildə) ölümündən sonra XII əsrdə onun davamçıları xa0müsəlman hüququnun məzmununda bir sıra yeni əlavələr, Quranın və sünnənin tələblərindən irəli gələn dəyişikliklər etdilər. Lakin, xa0ictimai həyat şəriətin gələcək inkişafında dəyişikliklərə- islahatlara xa0ehtiyac duyurdu, şəriətin norma və prinsiplərinin sistemləşdirilməsinə tələbat artırdı. VIII-X əsrlərdə qarşıda duran xa0vəzifələrin həllinə həmin dövrdə tanınmış islam hüquqşunaslarınınxa0 və xa0müxtəlif hüquq məktəblərinin nəzəri fikirləri də rol oynadı.

Hüquqşunasların fəaliyyəti ilə yeni şəriət normaları, kazual xarakterə malik hallar müsəlman hüququnun əsas prinsipləri və konkret normalar formalaşdırılmağa başlanıldı.

Müsəlman hüquqşunasları və müxtəlif hüquq məktəblərinin iştirakçıları səmavi kitabı və sünnəni irəli sürərək Məhəmməd Peyğəmbərin (s.ə.s)dəyərləndirdiyi, xa0hakimlərin(qazilərin) “müstəqil baxışı”x9d prinsipinəxa0 və mövcud xa0mənbələrə əsasən faktiki olaraq şəriətin yeni normalara uyğun müəyyən edilməsixa0 vəxa0 inkişafınıxa0 zərurixa0 sayırdılar.

İstənilən dövlətin xa0hüquq sahələrinə ölkənin xa0hüquq mədəniyyəti, hüquq düşüncəsi,hüquqi ideologiya və psixoloqiya səviyyəsi dərin təsir edir. Bütün bu cəhətlər müsəlman hüquq fəaliyyətinin psixoloji xa0mexanizmində ciddi iz buraxmış, geniş kütlənin təfəkküründə onun normaları vahid davranış qaydaları kimi əhəmiyyət kəsb etmişdir.

İslam adətlərinə görə şəriətin müəyyən edilməsi üçün ona hansı şərtlərin ”“ qaydaların aid olmasını müəyyən etmək lazım gəlir. İslam mütəfəkkirlərinə görə şəriət üç hissədən ”“ dini doğmatikadan, islam etikasından və insanların, diqqət yetirin, müsəlmanların yox, insanların davranışlarını tənzimləyən praktik normalardan ibarətdir.* *Burada “müsəlmanlar”x9d sözünü ifadə etməklə bütün dinlərdən olanların davranışları diqqətə çatdırılır. İslamın dünyəvi din olması önə çəkilir.

Qeyd etmək istərdim ki, şəriətin normativ hissəsi sadəcə islam doğmatikasına və etikasına əlavə deyil, onun mühümxa0 tərkib hissəsidir. Bəzən şəriət qaydaları insanın davranışı iıə məhdudlaşdırılır. Nəzərə almaq lazımdır ki, şəriət qaydaları müsəlmanlar arasında qarşılıqlı, dinc münasibətlərin tənzimlənməsini, gündəlik həyatda dinə- vicdanına uyğunxa0 həddini aşmamaq, xeyirxahlıqla davranmaq, ətrafına, hətta başqa dinin nümayəndələrinə də hörmətlə yanaşılmasını təlqin edir. Şəriət əlbəttə, hər müsəlmanın xətalarını da tənzimləyir. İstənilən şəraitdə şəriət qaydalarının təsiri müəyyən edilir.xa0xa0xa0xa0

Müsəlman hüquqşünasları hamılıqla qəbul olunmuş şəriət qaydalarını, hüquq haqqında analogiya üzrə mülahizələri - qiyası tanımışlar. Qiyasın mühüm əhəmiyyəti xa0(şəriətin metodu və mənbəyi kimi) ümumiləşdirilməyən,sistemsiz müsəlman hüququnda mövcud boşluqları aradan qaldırmaqdan, şəriətin özündə istənilən məsələni analogiya üzrə “normalar”x9d tapmaqdan, şəriətdə mövcud özbaşınalıqların qarşısını almaqdan, xa0müsəlman hüquq doktrinalarına və xa0funksiyalarına xələl gətirmədən, gələcəyə istiqamətlənən çatışmazlıqlara aydınlıq xa0xa0gətirməkdən ibarət idi.

XI əsrə qədər Quran və sünnənin müsəlman hüququnun inkişafı ilə bağlı “mütləq cihad”x9ddövrü bitir (şəriətin və müsəlman hüquqşünaslarının doqmatik(ehkamçılıq) mülahizələri). XI əsrdən başlayaraq yeni “təklid”x9d dövrü - icmanın ənənələrinə uyğun şəriətin yeni inkişaf dövrü başlanır. Bu dövrdən başlayaraq yalnız icma tərəfindən qəbul edilən və bəyənilən normalar xa0hüquqixa0 status alırdı. Lakin müsəlman hüquq doktrinasının və şəriət normalarının inkişafı sonrakı dövrlərdə dəxa0 davam etdi.Bu inkişafa şəriət məsələlərinin zamana görə(şəriətə,yerə və vaxta uyğun) tətbiqi təsir etdi.Belə yanaşma inzibati reqlamentlərə,islam adətlərinə,tərəflərin razılığına zidd olmamalıydı.

xa0

-Şəmsəddin bəy, bəs,islam hüququ dövlət hakimiyyəti ilə şəriət arasındakı münasibətləri necə tənzimləyir?

xa0

-İslam hüququna görə dövlət hakimiyyəti, hüququn (şəriətin) xidmətçisi olmalıdır.İfadəyə diqqət yetirin”x9dhüququn xidmətçisi olmalıdır”x9difadəsi işlədilir.Bu elə hüququn və qanunun aliliyi deməkdir.Avropa da, qərb də, sadəcə hüquqi dövlət anlamınından lazımınca,vaxtında bəhrələnə bildilər. Dövlət qanunvericiliyi ilə şəriəti dəyişə və yaxud, yeni hüquq yarada bilməzdi. Amma o şəriətin tələblərinin yerinə yetirilməsinə (riayət etməsinə) nəzarət edə və ictimai qaydaları mühafizə məqsədilə müvafiq qərarlar və aktlar qəbul edə bilərdi. İslam ölkələrinin milli pozitiv hüquq sisteminin xa0şəriətə keçid dövrü əsasında bir-birindən fərqlənən (XIX-XX əsrlərdə) milli islam hüquq sistemixa0 şəriət qaydaları üçün, ilk növbədə siyasi, sosial, iqtisadi və mənəvi həyatın faktorları,eyni zamanda xa0xa0Avropa ölkələrinin hüquq sisteminin müəyyən xa0reseptləri mühüm rol oynadı, bəzi yerlərdə şəriət tərəfindən qəbul olunmuş ixtisaslaşdırılmış məhkəmələrin ləğvi,dövlətlərin qanunvericiliyində ciddi dəyişiklikləri bu sırayaxa0 aid etmək olar.

İslam hüquqşünaslarının sübyektiv mülahizələrinə görə Allahınxa0 xəlq etdiyi xa0bəndələrinin hüquqları Yaradanın hüquqlarına nisbətdə prioritet təşkil edir(?).Uca Allahın hüququ rəhmə və mərhəmətə - əffə,adamların hüququ isə icraya əsaslanır.Ona görə,əgər Həcc ziyarəti hər bir müsəlman üçün borcdursa,borcu ödəmək də, bəndənin xa0vəzifəsidir ”“ deyə diqqətə çatdırılırdı.Burada borcun ödənilməsi prioritet təşkil edir.Müsəlmanın xa0borcunu ödəmədən Həccə getmək hüququ yoxdur.Əgər borc verən, borcu ödəmək üçün şans verməzsə,borclunun Həcc ziyarəti qəbul olunmaz.

xa0

-Dediklərinizin isbatı kimi islam tarixində hər hansı nümunə varmı?

xa0

-Qeyd etdiklərim bir hədislə təsdiqini tapır: Allah yolunda hətta xa0ölməkxa0 belə, borcu bağışlamır, silmir.(Əgər borclu özü onu bağışlamazsa) Allahın elçisi bu mənada demişdir: Şəhidə borcdan başqa bütün günahları bağışlanır,Məhəmməd (s.ə.s)Peyğəmbərdən daha sonra nəql edirlər:”x9dAllaha and olsun ki,Allah yolunda öldürülən, yenidən dirilib sonra yenidən öldürülüb dirilərsə,sonra yenə öldürülüb və yenə xa0dirilərsə bütün günahları bağışlanır, amma ödəməmiş borcu 2 dirhəm olsa belə, onu ödəməzsə cənnətə daxil olmaz.”x9d Rəvayət edirlər ki, Xeybər döyüşündə şəhid olmuş bir şəxs xa0barədə Peyğəmbərə məlumat verəndə O,belə deyir:”x9dYoldaşınızın cənazə namazını qılın”x9d hamı təəccüblənir.Nəticədə məlum olur ki,mərhumun xa0o qədər də çox olmayanxa0 borcu var imiş. (Amma borcun sələmlə verilməsi Allah qarşısında böyük günah sayılardı.)Bir sözlə, xa0Peyğəmbər(s.ə.s.)həmin borca görə döyüşdə şəhid olmuş dindaşının cənazə namazında iştirak etməmişdir.Bu, ibrət dərsi kimi özgənin(ictimaiyətin) əmlakına əl uzatmaq istəyənlərə görk olmuşdur.Bu cür hədislər bizə əyani şəkildə sübut edir ki, xa0insanların hüquqları (Allah tərəfindən verilmiş hüquqlar)preoritet təşkil edir.

Bakı şəhərində xa0MMC xa0təsisçiləri xa0hündür mərtəbəli yaşayış binaları tikib istifadəyə verərkən, vətəndaşlara qarşı dələduzluq yolu ilə milyonlarlaxa0 manatxa0 maddi ziyan vurur, bir mənzili 3-4 adamaxa0 satır,etibardan sui--istifadə etməklə hər birindən orta hesabla 50-60 -100 min manat xa0alırlar.Alqı-satqı saxta sənədlər ilə həyata keçirilir, vətəndaşların bəzilərinə xarici valyuta ilə mənzillər satılır.Belə dələduzlar nə Allahdan, nə də ölkənin qanunlarından həya etmirlər. Məlum olur ki, mənzil tikib satanların əksəriyyəti əvvəllər “makler”x9d işləmişlər. Ümid qalır Allaha, bir də, işə baxan hakimlərin prosesual düşüncələrinə. Dələduzların həbs olunması vətəndaşlara dəyən ziyanın ödənilməsinə təsir etmir. İslama görə belələrinin cənazə namazı qılınmaz...xa0 Boğazından kəsib yeni mənzilə köç edəcəkləri günləri səbrsizliklə gözləyənlər “ipdə getdi,it də”x9d biədəb misalı xatırlamalı olurlar.Əslindəxa0 borc qaytarılmırsa, onların azadlıqdan məhrum olması vəziyyəti zərərçəkənlərin xeyrinə dəyişmir.Ziyanın ödənilməsi ilə bağlıxa0 ciddi işlər görülməli, belə cinayətlərə görə cəza ziyan ödənilən müddətə qədər uzadılmalıdır. Şəriətə və fiqh elminə görə müsəlmanlar arasında alqı-satqı qarşılıqlı razılıq əsasında və yazılı surətdə həyata keçirilən zaman pul da, mal da,xa0 əldən-ələ verilməlidir.Cinayət məcəlləsinə bu günlərdə edilən yüzlərlə yeni dəyişikliklər vəziyyəti bir az da qəlizləşdirir.

İslam hüququ belə hallara qarşıdır. Özgənin əmlakını talamaq,etibardan sui-istifadə edərək ətrafın pulunu mənimsəyən dələduzlar Allah yolunda şəhid olsalar belə, xa0günahları bağışlanmaz.Mənimsədikləri məbləğ az əhəmiyyətli, az miqdarda olsa da.Bunun fəlsəfi anlamı onunla izah olunur ki, xa0insan birinci dəfə az götürürsə, ikinci dəfə daha çox götürməyə şirniklənir.Necə deyərlər“Böyük yanğınlar kiçik qığılcımlardan alovlanır”x9d.

Cəmiyyətə bu cür xa0zidd hadisələrxa0 sosial səbəblərdən baş verdiyindən, xa0sosial hadisə adlanır.Belə hallar dərindən təhlil olunmalıdır.

xa0

-Şəmsəddin bəy, islam hüququnda ictimai və fərdi hüquqlar necə tənzimlənir? Bunların birinin digərindən hər hansı üstünlüyü varmı?

xa0

-Aləmlərin Rəbbinin müəyyən etdiyi həddə hüquqların prioritetliyindən danışdıqda cəmiyyətin hüquqlarının şəxsi hüquqlardan üstünlüyünü qeyd etməmək olmur.Yəni ictimai marağın şəxsi maraqlardan üstünlüyü-primatlığı var. İnsan sosial təbiətə malik olduğundan xa0təbiətcə də, sosial varlıqdır. İnsan heç vaxt tam təminatla yaşaya bilməz. O təklikdə çox zəif,lakin kollektivin əhatəsində çox güclüdür.Ona görə də, kollektivin hüquqları və marağı şəxsin hüquq və maraqlarından daha mühümdür.İslam hüququna görə xa0cəmiyyəti və dövləti müdafiə etmək xa0ümumi vəzifəyə çevrilməlidir.Valideynlər övladlarını dövlətin xa0və cəmiyyətin xa0müdafiə missiyasından imtinaya xa0məcbur edə bilməzlər.Çünki vətəni qorumaqla,dövlət də, valideynlər də qorunur.Dövlət və cəmiyyət zəbt olunarsa insanların normal həyat fəaliyyəti təhlükə altında qalır.Vətəni qorumaq xa0isə imandandır, hər bir fərdin borcudur.İslam hüququ bu mənada şəriətə, onun qaydalarına və normalarına əsaslanan sosial tənzimləmənin universal sistemidir - desək səhv etmərik.xa0

Beləliklə, müsəlman hüququnun tarixi rolu ilk növbədə ölkədə hakim sinfin (hakim komandanın)xarakteri,gücü ilə müəyyən edilir.İlk islam dövlətinin-Mədinə şəhər dövlətinin yaradıcısı və bəşəriyyət tarixində ilk yazılı konsitutsiyanın banisi Məhəmməd Peyğəmbər(s.ə.s) istər müsəlmanların,istərsə də digər dinlərin sahiblərinə xas hüquqları dövlətin 54 maddədən ibarət konsitutsiyasında ehtiva etmişdi,vətəni müdafiə,vergi məsələləri,əcnəbi vətəndaşlarının hüquqları xa0həmin aktla qorunurdu.

xa0Deməli, müsəlman hüququ ən xırda detallarına qədər İslam dininin ayrılmaz tərkib hissəsi kimi ümumi rifaha xidmət edir, cəmiyyətə və insanlığa qarşı hər cürə zidd hərəkət və hərəkətsizlikləri qəbul etmir. İslam bəşəri din, hüququ isə hamıya xidmət edən hüquqdur. “İslamafobiya”x9d əks qütbün- digər dinə mənsub dövlətlərin xa0uydurmasıdır, yalandır,boşboğazlıqdır! İslam hüququnun ipi çox möhkəmdir. Hamımız ondan yapışsaq qorunarıq.

xa0

-Bəs necə olur ki, Avropada, Qərbdə, ABŞ-da terroristləri ancaq müsəlmanlar sırasında axtarırlar?

xa0

-Bunun bir cavabı var:İslamafobiya yaratmaq üçün! Güya başqa dinlərin daşıyıcıları bəşəriyyətə qarşı belə hallar törətmirlər. Xocalının, Kəlbəcərin, Şuşanın vəxa0 digər ərazilərimizin işğalına,xa0 soydaşlarımızın xa0xa0qətliamına kim imza atdı? İslam və onun hüququ yeganə saf din və hüquqdur ki, başqalarına qarşı xeyirxah davranmağı və digərlərinin hüquqlarına hörmət bəsləməyixa0 Allahın əmri kimi çatdırır.

Müasir hüquq qanunvericiliyində ehtiva edildiyi kimi qanunla qadağan olunmayan hərəkətlərə görə məsuliyyət olmadığı kimi, islam hüququna görə Quran və Sünnə ilə qadağan olunmayan xa0şeylər günah sayılmır..Buna icazıə(verilən) prezumpiyası deyilirdi..

Fərdi azadlıqlar və universal hüquqlar vəzifələrdən üstün tututlurdu.

Şəriətdə müsəlmanlar “bərabər və qardaşdırlar”x9d ideyası xarici davranışın tənzimləməsində bərabərlik konsepsiyasının təzahürüdür- deyə diqqətə çatdırılırdı. Bu bir növ,Hakimlərin proses iştirakçılarına qarşı, formal da olsa bərabər münasibəti konsepsiyasına uyğun idi. Digər konsepsiyaya görə insanın bütün xətaları (günahları) dini nöqteyi nəzərdən və hakimin mövqeyindən dəyərləndirilirdi.(dəyərləndirilməliydi)

Müsəlmanxa0 hakimi-qazi öz qərarında insan davranışının zahiri tərəfini nəzərə alır, niyyət, motiv o qədər də rol oynamırdı. “Mən iş üzrə zahiri cəhətlərə görə hökm edirəm, xətaların gizli, qeyri aşkar olması isə Allaha məxsusdur”x9d deyiminə əsaslanırdı.Bir növ “gizlində,qeybdə olanları O,bilir,qeyb aləmi ilə bağlı bilgi yalnız Ona məxsusdur”x9dİlahi kəlamlara işarə edilirdi.

Şəriətin digər mühüm konsepsiyası ondan ibarətdir ki, insanın mükəlləf olduğu işdən - vəzifəsindən “azad olması institutudur”x9d. Əgər həmin vəzifənin icrası onun gücündə- imkanında deyilsə, marağına təhlükə yaradırsa və yaxud, şəriətə ziddirsəxa0 belə vəzifədən imtinaya görə ona günah sayılmaz.

xa0İnsan maraqları ideyası ədalət konsepsiyası ilə sıx bağlıdır. Ədalət islamda dini ”“etik kateqoriya kimi doktrinal hal (islam doktrinası) kimi qəbul edilir. Məhz ədalət ideyası insan maraqlarının təmininə zərurət, zəmin yaradır və şəriətin əsasıdır.xa0 Şəriətin məqsədi də ümumnəzəri bir konsepsiyadır.xa0 Bura ”“ din, həyat, düşüncə, fikir, ləyaqət və şərəf habelə, mülkiyyət aiddir.

Qeyd olunan konsepsiya, xa0islam hüququ, şəriət və fiqh, Quran və Sünnələrə uyğun dini-etik postulatın(sübutsuz müddəa kimi)əsası kimi də qəbul edilir. xa0Şəriət ümumiyyətlə ziyan vurmağı qadağan edir, zərərə zərərlə cavab verməyixa0 fiqh elmi hüquqdan sui-istifadə konsepsiyasına aid edir, ziyanın vurulmasını isə məsuliyyətə əsas verən hal kimi qiymətləndirir.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO