Kembricdə çalışan azərbaycanlı professor:

Kembricdə çalışan azərbaycanlı professor: "Təhsildə korrupsiya ən böyük cinayətdir”x9d

Hazırda oxunan: Kembricdə çalışan azərbaycanlı professor: "Təhsildə korrupsiya ən böyük cinayətdir”x9d

119063
Moderator.az saytının suallarını dünya çapında tanınan azərbaycanlı alim professor Qərib Mürşüdov cavablandırır (//www2.mrc-lmb.cam.ac.uk/group-leaders/h-to-m/garib-murshudov/)xa0

Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Kembricdə olan Molekulyar Biologiya Laboratoriyasında (//www2.mrc-lmb.cam.ac.uk/) xa0qrup rəhbəri kimi işləyən azərbaycanlı alimdir. Onun elmi əsərlərinə istinadlar çox yüksək səviyyədədir. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların rentgen kristal strukturunun öyrənilməsində tətbiqidir. Onun proqramlarından makromolekulların strukturu ilə məşğul olan tədqiqatçılar geniş istifadə edirlər. Qərib Mürşüdov 70-dən çox elmi məqalənin, bir neçə toplunun müəllifi həmmüəllifidir. Ümumən məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur.(//scholar.google.co.uk/citations?user=UBGNlX8AAAAJ&hl=en&oi=ao) xa0

Bu, çox böyük göstəricidir. Xaricdə çalışan azərbaycanlı alimlər arasında ən çox istinad məhz onun işlərinədir.

- Əvvəlcə özünüz haqqında danışaq. Necə oldu ki, elmi fəaliyyətinizi Böyük Britaniyyada davam etdriməli oldunuz?

- Şəmkir rayonunun Dəllər Cəyir kəndində orta məktəbi qurtarandan sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsində oxumuşam. Elmi dissertasiyamı isə Moskvada Kristolloqrafiya İnstitutunda müdafiə etmişəm. 1993-cü ildə dissertasiyamı müdafiə etdikdən sonra elmi karyeramı davam etdirmək üçün Böyük Britaniyanın York Universitetinin kimya fakültəsinə gəldim. Aspiranturada oxuyan zaman müxtəlif elmi konfranslarda və kurslarda iştirak edirdim. Bir neçə beynəlxalq elm mərkəzi ilə tanış idim. 90-cı illərdə York universitetində riyaziyyatın bioloji eksperimentlərə tətbiqi qrupu güclü idi. Mən də o universitetdə işimi davam etdirməyə qərar verdim.xa0

- xa0Siz həm də dünyanın ən böyük universitetlərindən biri olan Kembricə dəvət olunan ilk azərbaycanlı alimsiniz...xa0

- 1993-cü ildən 2011-ci ildə qədər York Universitetinin kimya fakültəsində fəaliyyətdə olmuşam. Əvvəl post-doktor, daha sonra isə qrup rəhbəri kimi. 2010-cu ildə Kembric şəhərində olan Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəri kimi işləməyi mənə təklif etdilər. Molekulyar Biologiya Laboratoriyası dünyada ən məşhur tədqiqat institutlarından biridir. Bu institutda 14 Nobel mükafatçısı olan alim çalışıb. Demək olar ki, müasir molekulyar biologiya sahəsi burada yaradılıb. Mən də 2011-ci ildən etibarən bu institutda qrup rəhbəri kimi çalışıram.xa0

Kembricdə azərbaycanlılar var. Onlar əsasən master və doktoranturada oxuyurlar. Bizim institutda məndən başqa bir azərbaycanlı da var. O, Cənubi Azərbaycanlıdır və hal-hazırda doktoranturada oxuyur.xa0

- Elmdə vətən faktoru nə dərəcədə önəmlidir?

- Ümumiyyətlə, elm hansısa xalqa və etnik qrupa məxsus deyil. Elm bəşəridir. Misal üçün deyim ki, bizim institutda fəaliyyət göstərən alimlərin, oxuyan tələbələrin əlli faizdən çoxu Böyük Britaniyaya gəlmə insanlardı.

Amma əlbəttə ki, hər bir insan hansısa mühitdə böyüyüb, hansısa xalqa məxsusdur. Ona görə də onun üçün öz xalqı daha əzizdir. Mənim özüm üçün isə Azərbaycan elmi, ümumiyyətlə Azərbaycan çox vacibdir.xa0

Biz elmi konfransda olanda və ya elmi müzakirə edəndə kimin hansı xalqa məxsusluğunu unuduruq. Əsas dünya elminin inkişafı və sağlamlığı müzakirə olunur. Elm heç bir xalqa məxsus deyil. Amma yadda saxlamaq lazımdır ki, hər bir ölkədə yüksək texnologiya və texnoloji sənaye həmin ölkənin elmə münasibəti ilə bir başa əlaqədərdir.

- Azərbaycan elminin hazırki durumu haqqında fikirləriniz necədir?

- Azərbaycan gənc bir ölkədir və hal-hazırda elmin səviyyəsinin yüksək olmasını gözləmək olmaz. Səbəblərdən biri mütəxəssislərin çatışmamasıdır. Bu isə təhsilin səviyyəsi ilə əlaqədardı. Bu haqda ayrıca danışmaq olar.

O biri səbəb elmin mailiyyələşdirilməsidir. Əgər baxıb analiz etsəniz görərsiniz ki, elmin inkişafı onun maliyyələşdirilməsi ilə sıx əlaqədardır. Amma bu mütəxəssislərin mövcudluğu ilə sıx bağlıdır. Ümumiyyətlə, elmi maliyyələşdirmək üçün o qədər də cox pul lazım deyil. Əgər dövlət büdcəsinin 1-2%-i elmə xərclənsə (//data.worldbank.org/indicator/GB.XPD.RSDV.GD.ZS) çox böyük nəticələr əldə etmək olar.

Ayrı bir səbəbi isə, Elmlər Akademiyasında olan alimlərin bir hissəsinin aşağı səviyyədə olmasıdır. Bu haqda ayrıca danışmaq da olar.

Amma mən optimistəm və inanıram ki, əgər qüvvələrimizi bir yerə yığsaq biz Azərbaycanda elmi müəyyən səviyyəyə gətirə bilərik. Buna görə mən Elmlər Akademiyasında laboratoriya rəhbərliyinə başlamışam. Hal-hazırda nəticə gözləmək olmaz. Bir necə il ciddi işləmək lazımdir. Qeyd edim ki, mən bu laboratoriya açmağımın məqsədi Azərbaycanda elmin bir istiqamətinin inkişafına təsir etməkdir.

- Azərbaycan universitetlerinin beynəlxalq reytinq sıralamalarında çox aşağı olmasını nə ilə əlaqələndirə bilərik?

- Birinci və əsas səbəbi təhsildə mövcud olan korrupsiyadır. Mən heç vaxt başa düşməmişəm ki, valideynlər necə rüşvət verib öz uşaqlarını kor etmək istəyirlər. Təhsildə korrupusiya ümumiyyətlə ən böyük cinayətdir. Mənə belə gəlir ki, bunu vətənə xainlik cinayəti ilə eyni səviyyədə qoymaq lazımdır və buna uyğun olaraq cəzalandırmaq lazımdır. Təhsildə cinayət ölkənin, xalqın gələcəyinə mənfi təsir edir.
xa0
İkinci səbəb ölkədə olan iqtisadiyyatin vəziyəti ilə əlaqədardır. Ümumiyyətlə, təhsil və iqtisadiyyat arasında sıx əlaqə var. Üçüncü səbəb müəllimlərin ümumi səviyyələrinin yuxarı olmamasıdır. Bu isə yenə təhsil ilə əlaqədardır. Bu haqda cox danışmaq xa0olar. Amma şikayətlənməklə problem həll olunmur. Bunun həll yollarını tapmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, Azərbaycanda yüksək səviyyəli müəllimlər var və onların təcrübəsindən istifadə etmək lazımdır.

Deyim ki, hər şeydə dövləti günahlandırmaq da olmaz. Dövlət elmin inkişafı üçün müəyyən addımlar atır. Bu istiqamətdə atılan addımlardan biri Elmin İnkişafı Fondunun yaradılmasıdır.

- Təvazökar insan olsanız da bu sualı sizə vermək istərdim: bu gün xaricdə çalişan alimlərimiz arasında ən çox istinad olunan alim sizsiniz. Bu barədə danışaq. Qarib Mürşüdov dünya elminə nə kimi töhfələr verib?

- Yenə demək istərdim ki, elm bəşərə məxsusdur, bir xalqa yox. Mən sadəcə olaraq öz işimi yaxşı görməyə çalışıram və öz tələbələrimə də belə öyrədirəm. Müvəffəqiyyətli olmaq üçün dünyaya açıq baxmaq lazımdır, öz üzərinizdə daimi işləmək lazımdır. Nə qədər öyrənirsənsə kifayət etmir.xa0

Mən riyaziyyatı, hesablanma üsullarını və kompüter elmləri üsullarını bir sıra molekulyar bioloji problemlərə tətbiq edirəm. Mənim qrupumun inkişaf etdirdiyi üsullar və proqramlar dünyanın hər bir struktur biologiyası laboratoriyalarında tətbiq olunur.xa0

Biz elmin inkişafından başqa gənc alimləri öyrətməklə də məşğuluq. Hər il dünyanın müxtəlif ölkələrinda -Yaponiya, Hindistan, Çin, Avropa ölkələri, ABŞ və Cənubi Amerikada kurslar hazırlayırıq və gənc alimlərə öyrətməyə çalışırıq.

Mən elmi işlə xa0və riyazi üsulların inkişafı ilə məşğulam. Əgər bu beynəlxalq elmin inkişafına müəyyən təsir edirsə onda deməli, biz müəyyən nəticə verə bilirik,

Özüm haqda danışmaq mənim üçün çətindir. Mən sadəcə öz işimi vicdan ilə görməyə çalışıram və işçilərimdən də bunu tələb edirəm. Əgər dünyanı dəyişmək istəyirsinizsə ondan özünüzdən və öz ətrafınızdan başlayın

- Bu gün hansı xa0Azərbaycan alimləri ilə yaxın dostluq əlaqələriniz var?

- Dediyim kimi, mənim Azərbaycanda laboratoriyam var. Hər il heç olmasa bir dəfə Bakıda oluram. Azərbaycanda olan bir neçə alimlər ilə müəyyən əlaqələrim var. Əlaqələr əsasən Molekulyar Biologoya İnstitutu ilədir. Əgər xəbəriniz yoxdursa deyim ki, bu institutun əsasını rəhmətlik akademik xa0Cəlal Əliyev qoyub. Hal- hazırda institutun rəhbəri akademik İradə Hüseynovadır. Onunla əlaqələr var.

Xaricdə işləyən bir necə alimlər ilə də əlaqələr var. Bu ayrı məsələdir.

- Gələcəkdə ümumiyyətlə vətənə qayıdıb təcrübənizi yerli tələbələrlə bölüşmək, Azərbayvan elminin inkişafına yaxından təsir etmək fikriniz varmı?

- Azərbaycanda elmin və təhsilin inkişafına təsir etmək üçün Azərbaycanda yerləşmək vacib deyil. Dediyim kimi, hal- hazırda Bakıda mənim laboratoriyam var. Ümid edirəm ki, bu laboratoriya müvəffəqiyyətli olacaq. Ondan sonra planları genişləndirmək fikrim var.

Bundan əlavə bu ildən başlayaraq mən akademiyada molukulyar biologiya sahəsində olan masterlərə təhsil etməyə başlayıram. Ümumiyyətlə, iş görmək üçün Bakıda olmaq vacib deyil. İş görməyi çox istəmək lazımdır.xa0

Bir də yadda saxlamaq lazımdır ki, biz kompüter və informasiya əsrində yaşayırıq.xa0

Əlavə olaraq qeyd etmək lazimdır ki, Azərbaycanın dünyanın müxtəlif nüfuzlu elmi müəssisələrində çalışan güclü mütəxəssislərə çox ehtiyacı var. Yaxşı mütəxəssislər Azərbaycanı xa0yüksək səviyyədə təmsil edə bilər. Hər hansı bir müzakirədə yaxşı mütəxəssisin sözünə daha cox qulaq asırlar. Azərbaycanın 90-cı illərin əvvəlində informasiya müharibəsinin uduzmasının əsas səbəblərinin biri dünya səviyyəsində olan mütəxəssislərinin çatışmaması olub.

- Ölkəmizin gələcəyini xa0necə görürsüz?

- Mən ümumiyyətlə optimistəm. Gələcəyin müsbət spektrlərini görürəm.xa0

Gələcəyin necə olması indiki təhsildən və siyasi addımlardan asılıdır. Mən çalışıram ki, siyasət haqda danışmayım. Bunun əsasən ziyanı olur.

Ümumiyyətlə, mənim gördüyümə əsasən deyə bilərəm ki, Azərbaycan xalqı çox işgüzardır. Onlara güclü təhsil vermək lazımdır.xa0

Bundan əlavə əgər qeyri-neft sahələrinin inkişafı üçün şərait yaransa biz Azərbaijanın iqtisadiyyatında güclü inkişaf görə bilərik.

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO