"TEKNOFEST 2022"nin açılışı olub - VİDEO

Hazırda oxunan: "TEKNOFEST 2022"nin açılışı olub - VİDEO

91185

Bu gün Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "TEKNOFEST-2022"nin açılışı olub.

Bizim.Media xəbər verir ki, festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər günü"nə həsr olunub. Sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.

Açılış mərasimində Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar çıxış edib. S. Bayraktar çıxışında Azərbaycanla bağlı bunları deyib:

"Biz mübarizə apardıqca, irəlilədikcə gözəl vətənimizə və qardaş Azərbaycana, məzlumların yaşadığı bütün coğrafiyalara günəş ən isti, ən aydın halı ilə doğacaq. Bu yolda məğlub olmaq yoxdur".

Qeyd edək ki, builki "TEKNOFEST"də elm adamları, nazirlər, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqlar iştirak edirlər.
Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitində iştirak pulsuzdur və hər kəs üçün açıqdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO