Sentyabrın 5-də axşam saatlarında Vyetnamın Kxanh-Xoa vilayətində 73-cü "Miss Dünya" müsabiqəsinin böyük finalı baş tutub.
Bizim.Media xəbər verir ki, 111 ölkənin nümayəndəsinin mübarizə apardığı mötəbər yarışmanın qalibi Dominikan Respublikasını təmsil edən Coherry Mola Dominqes olub.
Müsabiqənin 75 illik yubileyinə təsadüf edən final şousunda iştirakçılar əvvəlcə Top-40, Top-20, Top-12 və nəhayət Top-6 mərhələləri üzrə mübarizə aparıblar.
Finalçılar – Eritreya, Malayziya, Vyetnam, Dominikan Respublikası, İspaniya və Cənubi Afrika – hakimlərin suallarını cavablandırıblar.
Gərgin mübarizənin nəticəsinə əsasən, Malayziya təmsilçisi ikinci, İspaniya təmsilçisi isə birinci vitse-miss adını qazanıb. Tacı qalibə ötən ilin "Miss Dünya"sı Opal Suçata Çuangsri təqdim edib.
Tədbir zamanı həmçinin 74-cü "Miss Dünya" müsabiqəsinin 2027-ci ildə Tanzaniyada keçiriləcəyi elan olunub.

Bizim.Media






































































































