“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

Hazırda oxunan: “Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

634290

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın qan analizlərinin nəticəsində psixotrop dərman aşkarlandığı iddia edilir.

Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb.

Valideyn deyir ki, uşağın davranışlarında qəribəlik hiss etdikdən sonra həkimə müraciət ediblər və analizlərin nəticəsinə əsasən, onun qanında psixotrop tərkibli dərman aşkarlanıb:

“Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı. Ümumiyyətlə, hərəkətlərində çox böyük dəyişiklik hiss etdim.
 

Müəlliməsindən soruşanda bunun adaptasiya dövrü olduğunu və belə halların normal sayıldığını bildirdi. Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər.


Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi. Lakin orada bu qədər uşaq var, adamın ürəyi qəbul eləmir ki, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO