Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

Hazırda oxunan: Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

634284

Kanadanın Uilliston su anbarı alimlərə qəribə bir sürpriz bəxş edib. Suyun tən ortasında qəfildən üzərində meşə olan nəhəng, üzən bir ada peyda olub. Daha sonra isə meşə izsiz-tozsuz yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə "libertatea.ro" portalı məlumat yayıb.
 

Bu qeyri-adi təbiət hadisəsini artıq qırx ildir həmin bölgədə yaşayan yerli sakin Roki Eyveri lentə alıb. Kişi üzərində bütöv bir meşə örtüyü olan nəhəng, üzən quru parçasının foto və videolarını çəkib, bundan sonra həmin kadrlar sosial şəbəkələrdə sürətlə yayılaraq trendə çevrilib.


Ekoloqlar əvvəlcə bu görüntülərə böyük şübhə ilə yanaşıb və onların süni intellektin imkanları vasitəsilə hazırlandığını iddia edib.

Lakin iyulun 21-nə aid kosmik peyk görüntüləri araşdırıldıqdan sonra bütün şübhələr dağılıb. Peyk çəkilişləri bu üzən meşə massivinin real mövcudluğunu sənədli şəkildə təsdiqləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO