İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

Hazırda oxunan: İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

627183

ABŞ-nin İordaniya və Bəhreyndəki hərbi bazaları İranın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

Bizim.Media IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.
 

"Dronlar vasitəsilə Bəhreyndəki "Şeyx İsa" bazasında Amerika ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib", - SEPAH-dan vurğulanıb və əlavə edilib ki, Amerika ordusunun İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb.


Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub:

"İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də təhlükəsizlik və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək".

Qeyd edək ki, İranın hücumları ABŞ-ın bu gecəki 13-cü zərbə dalğasına cavab olaraq həyata keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO