Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək – FOTO/VİDEO

Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək – FOTO/VİDEO

Hazırda oxunan: Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək – FOTO/VİDEO

626528

ABŞ-ın Nyu-York şəhərinin təhsil müəssisələrində ilk dəfə olaraq humanoid robot dərs deyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Trending Politics” informasiya platformasının həmtəsisçisi Kollin Raq özünün “X” səhifəsində məlumat verib.
 

"Nyu-York şəhər məktəb dairəsi ABŞ-da humanoid robotu sinif otağına inteqrasiya edən ilk məktəblərdən biri olacaq. Qərbi Nyu-York aksenti ilə danışan “Sally” adlı humanoid robot Salamanka şəhərində yerləşən orta məktəbdə 11-ci və 12-ci sinif şagirdlərinə dərs deyəcək" – deyə o qeyd edib.


O, “Sally” adlı robotun insana bənzəyəcəyini açıqlayıb. Robot qollarını və ayaqlarını hərəkət etdirə biləcək, lakin sinif otağında hərəkət etməyəcək. İdentifikasiya sistemi sayəsində şagirdlər platforma ilə sinxronizasiya edə biləcəklər ki, robot onları tanıya və əvvəlki qarşılıqlı əlaqələrini xatırlaya bilsin. Robot proqramlaşdırma, robototexnika və süni intellekt üzrə dərslər keçməyə kömək edəcək.

“Sally”nin qiyməti Nyu-York şəhərindəki orta illik müəllim maaşından, yəni 57.000 dollardan azdır. Lakin məktəb dairəsi robotun heç vaxt insan müəllimləri əvəz etməyəcəyini bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO