Ukrayna kəşfiyyatı: İşğal olunmuş ərazilərdə demoqrafik vəziyyət kəskin pisləşib - VİDEO

Ukrayna kəşfiyyatı: İşğal olunmuş ərazilərdə demoqrafik vəziyyət kəskin pisləşib - VİDEO

Hazırda oxunan: Ukrayna kəşfiyyatı: İşğal olunmuş ərazilərdə demoqrafik vəziyyət kəskin pisləşib - VİDEO

626379

Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində son illərdə əhalinin sayı kəskin azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Belə ki, son on ildə işğal altındakı Donbasda əhalinin sayı 7,3 milyondan təxminən 3,75 milyon nəfərə enib.

Buna səbəb kimi döyüşlər, miqrasiya, səhiyyə və sosial xidmətlərin pisləşməsi, repressiyalar, məcburi ruslaşdırma və səfərbərlik göstərilir.
 

GUR həmçinin bildirir ki, Rusiya işğal olunmuş ərazilərin etnik tərkibini dəyişməyə çalışır. Ukrayna tərəfinin qiymətləndirməsinə əsasən, hazırda işğal altındakı Krım və Sevastopolda 200–300 min köçürülmüş Rusiya vətəndaşı yaşayır. İddiaya görə, 2042-ci ilədək Sevastopola daha 130 min nəfərin köçürülməsi planlaşdırılır.


Kəşfiyyatın məlumatında qeyd olunur ki, işğal olunmuş ərazilərə köçən Rusiya vətəndaşlarına yüksək maaş, kirayə kompensasiyası və digər maliyyə güzəştləri təqdim olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO