Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Hazırda oxunan: Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

626358

Sosial şəbəkədə yayılan görüntü araşdırılıb, qayda pozuntusuna hüquqi qiymət verilib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb.
 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, F.Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci (kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişin daşınması) maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb:


"Bir daha kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırırıq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO