"Tarazlıq" tarazlığını itirdi – VİDEO

"Tarazlıq" tarazlığını itirdi – VİDEO

Hazırda oxunan: "Tarazlıq" tarazlığını itirdi – VİDEO

626321

Çexiyanın paytaxtı Praqadakı məşhur "Tarazlıq" (Rovnováha, Balance) heykəli uçub.

Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, abidə balansını saxlaya bilməyib tarazlığını itirdiyi üçün dağılıb.
 

Praqada, Barrandov körpüsünün yaxınlığında yerləşən məşhur "Tarazlıq" adlı beton heykəl parçalanıb və onun qalıqları yaxınlıqdakı velosiped yoluna düşüb. Təxminən altı metr hündürlüyündə və təxminən 15 metr enində olan bu heykəl 1990-cı ildən bəri körpünün yaxınlığında yerləşirdi.


O, çex heykəltəraş Yozef Klimeş tərəfindən yaradılmışdı və yerli sakinlər bu əsəri "Fəthçi Qurd" (The Conqueror Worm) ləqəbi ilə tanıyırdılar. Praqa rəsmiləri abidənin pis konstruktiv vəziyyətdə olmasından xəbərdar olduqlarını bildirmişdilər; ətrafdakı ərazi artıq təcrid olunmuşdu və şəhər rəhbərliyi yaxın günlərdə onun sökülməsi və surətinin hazırlanması məsələsini müzakirə etməyi planlaşdırırdı. Lakin sonda "Tarazlıq" tab gətirmədi və tarazlığını itirdi.






Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO