Bizim.Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyasında bildirilib.
Bəyanatda deyilir ki, Kohgiluye bölgəsinin polis idarəsi İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib.
Mükafatın məbləği və şərtləri barədə isə əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl SEPAH-a bağlı teleqram kanalların pilotun saxlanıldığını iddia etsələr də, bu məlumat hələlik öz təsdiqini tapmayıb.
Xatırladaq ki, ABŞ-ın “F-35” qırıcı təyyarəsi səhər saatlarında İranın mərkəzində vurulub. Bu müharibə başlayandan ABŞ-ın bəri məhv edilən ikinci “F-35” qırıcısıdır.
Onu da bildirək ki, hazırki müharibəyə qədər dünyada heç vaxt hərbi əməliyyatlar çərçivəsində “F-35” qırıcısı vurulmayıb.
Bizim.Media


































































































