Çində hərbi təlim zamanı insident baş verib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, təlimlər zamanı bir hərbçi təsadüfən qumbaraatanla hərbi rəsmilərin olduğu istiqamətə atəş açıb.
Atılan tüstü qumbarası onların yaxınlığında partlayıb.
Hadisə hərbçinin dəbilqəsinə quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Bildirilir ki, qumbaraatan zirehli avtomobilə quraşdırılıb, rəsmilər isə atəş zamanı təpəlik ərazidə olublar. Onların vəziyyəti ilə bağlı məlumat açıqlanmayıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media
































































































