İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

Hazırda oxunan: İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

601842

“Hörmüz boğazı bağlanmayıb, ancaq bölgədə yaranmış təhlükəsizlik şəraiti səbəbindən gəmilərin hərəkəti müəyyən şərtlər əsasında həyata keçirilir”.

Bizim.Media xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.

Bəqayi bildirib ki, ABŞ və İsrailin bölgədə yaratdığı təhlükəsizlik riskləri səbəbindən boğazdan keçən gəmilərə əlavə nəzarət tətbiq olunur.

“Belə bir vəziyyətdə heç bir sahil ölkəsi düşmən gəmilərinin normal şəkildə keçidinə icazə verə bilməz: xüsusilə də bu gəmilər həmin ölkəyə qarşı təcavüzkar fəaliyyətlər üçün istifadə edilə bilərsə”, – deyə, o, qeyd edib.
 

Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri koordinasiya və İran silahlı qüvvələrinin icazəsi ilə boğazdan keçə bilirlər. 


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO