“Qara bazar”da qiyməti 1 milyon 600 min manat olan heroin aşkarlandı – VİDEO

“Qara bazar”da qiyməti 1 milyon 600 min manat olan heroin aşkarlandı – VİDEO

Hazırda oxunan: “Qara bazar”da qiyməti 1 milyon 600 min manat olan heroin aşkarlandı – VİDEO

600836

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.

Onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
 

Qeyd edək ki, Ə.Ədilovdan aşkar olunan heroinin “qara bazar”da qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.


Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Ə. Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaqa tədbirləri davam etdirilir.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO