Lyayen: “Onlara görə göz yaşı tökməyə ehtiyac yoxdur” – VİDEO

Lyayen: “Onlara görə göz yaşı tökməyə ehtiyac yoxdur” – VİDEO

Hazırda oxunan: Lyayen: “Onlara görə göz yaşı tökməyə ehtiyac yoxdur” – VİDEO

600500

Avropa Komissiyasının sədri Ursula von der Lyayen İran rejimi ilə bağlı sərt açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, İran rejiminə görə göz yaşı tökməyə ehtiyac olmadığını bildirib.
 

“Bu rejim öz xalqına ölüm və repressiya gətirir. Onlar 17 min gənci öldürüblər. Rejim öz proksi qüvvələri vasitəsilə bütün regionda dağıntı və qeyri-sabitlik yayır”, – deyə o vurğulayıb.


Ursula fon der Lyayen qeyd edib ki, həm ölkə daxilində, həm də dünyanın müxtəlif yerlərində yaşayan bir çox iranlı Ali dini lider Əli Xameneinin ölümünü qeyd edir.

“İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna layiqdir. Baxmayaraq ki, müharibə zamanı və ondan sonra bunun təhlükə və qeyri-sabitliklə müşayiət oluna biləcəyini anlayırıq”, – deyə o əlavə edib.


Bizim.Mdia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO