Amerikalı senatordan İranda çevriliş MESAJI – VİDEO

Amerikalı senatordan İranda çevriliş MESAJI – VİDEO

Hazırda oxunan: Amerikalı senatordan İranda çevriliş MESAJI – VİDEO

589111

ABŞ senatoru Lindsi Qremin "İranı yenidən böyük edin" şlyapası geyinməsi geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə senatorun “Fox News”a müsahibəsi zamanı baş verib. 

Qrem bununla Tehran hökumətini dəyişdirmək üçün ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsinə işarə edib.

"Dua edirəm və ümid edirəm ki, 2026-cı il İranı yenidən böyük edəcəyimiz il olacaq", - deyə senator bildirib.
 

Qeyd edək ki, “Make America Great Again” (MAGA) — azərbaycanca “Amerikanı yenidən böyük edin” şüarı Donald Trampın siyasi ideologiyasını ifadə edir. Bu Trampın ABŞ-ı əvvəlki gücünə qaytarmağı hədəflədiyini göstərir. Qrem isə hazırki situasiyada oxşar şüarı İranla bağlı səsləndirib.


Xatırladaq ki, bir neçə gün əvvəl Donald Tramp İranda keçirilən küçə etirazları zorakılıqla dağıdılacağı təqdirdə ABŞ-ın müdaxilə edəcəyini bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO