Bu gündən etibarən "Baku Bus"un xanım sürücüləri rəsmi şəkildə fəaliyyətə başlayırlar. Artıq kişi sürücülərlə yanaşı, qadın sürücüləri də avtobuslarda sükan arxasında görəcəyik. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün xanım namizədlər nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.
MÖVZU İLƏ BAĞLI:
Qadın avtobus sürücüləri fəaliyyətə başladı – FOTO
“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva isə bütün mərhələləri uğurla tamamlayan xanım namizədlərin rəsmi şəkildə işə qəbul olunduqlarını deyib.
Qeyd edək ki, xanım sürücülər hələlik 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media
































































































