Tanınmış teleaparıcı Mixail Zelenski vəfat etdi - VİDEO

Hazırda oxunan: Tanınmış teleaparıcı Mixail Zelenski vəfat etdi - VİDEO

54924

Rusiyanın məşhur teleaparıcısı Mixail Zelenski 47 yaşında vəfat edib. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rossiya-Kultura” telekanalının rəhbərinin müavini Aleksandr Yefimoviç Facebook səhifəsində məlumat verib.

"Ruhu şad olsun. 47 yaşında teleaparıcımız Mixail Zelenski vəfat edib", deyə Yefimoviç yazıb.

O, jurnalistin erkən yaşlarında dünyasını dəyişdiyini qeyd edib.

“Rossiya-24” telekanalının məlumatına görə, hələlik Mixail Zelenskinin hansı şəraitdə öldüyü barədə informasiya verilməyib. “İddia edilir ki, o, Dominikan Respublikasında tətildə olarkən vəfat edib”. Kanalın saytında belə yazılıb.
Xatırladaq ki, Mixail Zelenski 1997-1999-cu illərdə “Radio Russia – Nostalgi” və “TV Center” telekanalında xəbər proqramlarının aparıcısı kimi çalışıb.

1999-cu ildə "Rossiya" telekanalında "Vesti" proqramının gündüz buraxılışlarının aparıcısı olub. 2001-ci ildə “Vesti-Moskva” verilişinin aparıcısı, 2006-cı ildən isə “Rossiya-24” telekanalının aparıcısı kimi çalışıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO