Sevgilisi yeni mahnısını Ancelina Coliyə həsr etdi – VİDEO

Hazırda oxunan: Sevgilisi yeni mahnısını Ancelina Coliyə həsr etdi – VİDEO

54761

The Weeknd-in yeni albomunda yer alan “Here We Go Again” (Yenə başladıq) adlı mahnısında onun kino ulduzu ilə birlikdə olması ilə bağlı cümlə Ancelina Coli ilə sevgili olduğu ilə bağlı iddiaları yenidən gücləndirib.

Bizim.Media xəbər verir ki, əsl adı Abel Tesfaye olan məşhur R&B müğənnisi “Dawn FM” adlı yeni albomunun 8-ci mahnısı “Here We Go Again”da dəfələrlə kino ulduzu ilə yeni münasibətindən danışıb.

Kanadalı müğənninin sözügedən ifasında "Və yeni sevgilim, o bir film ulduzu/ Yeni sevgilim o bir film ulduzu" ifadələri yer alıb.

İzləyicilər bunu Ancelina Colinin Hollivud karyerasına istinad kimi şərh ediblər.

The Weeknd-in mahnıda işlətdiyi bəzi ifadələrini isə keçmiş sevgilisi, hazırda bədii rəhbər Mark Kalmanla birlikdə olan Bella Hadidə həsr etdiyi iddia olunub:

"Rəfiqələriniz sizə daha məşhur birini tapmağa çalışırlar / Amma bunun əvəzinə siz çox adi, simasız bir insanla görüşürsünüz / Sizin şəkillərinizi çəkib çərçivəyə salacaq biri ilə". 
Qeyd edək ki, 31 yaşlı ulduzun 46 yaşlı Ancolina Coli ilə sevgili olduğu iddiaları ötən il bir neçə dəfə birlikdə görüntüləndikdən sonra yaranmışdı. Onlar sevgili olduqlarını təsdiqləyən açıqlama verməyiblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO