Sərnişin təyyarəsi qəza enişi etdi, 9 nəfər yaralandı - VİDEO

Hazırda oxunan: Sərnişin təyyarəsi qəza enişi etdi, 9 nəfər yaralandı - VİDEO

54067

İranın Məşhəd şəhərindən İsfahana uçan “Caspian” aviasiya şirkətinə məxsus 737 saylı uçuşla sərnişin təyyarəsi qəza enişi edib.

Bizim.Media xəbər verir ki, hadisə yanvarın 5-i yerli vaxtla saat 17:03 radələrində təyyarə İsfahan hava limanına eniş edərkən baş verib.

Bu barədə İsfahan vilayətinin Fövqəladə Hallar İdarəsinin sözçüsü Abbas Abidi məlumat verib.

“Göyərtəsində 110 sərnişini olan təyyarə eniş zamanı sol təkərində texniki nasazlıq yarandığından təyyarə eniş zolağından çıxaraq dayanıb. Hadisə nəticəsində sarsıntı keçirən sərnişinlər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralıların dəqiq sayı 9 nəfərdir. Onlardan 6-sı xəstəxanaya çatdırılıb, 3-ü isə ambulator müalicə alıb. Hazırda qəzanın səbəbləri araşdırılır", - deyə Abbas Abidi əlavə edib.
Qəzanın sosial şəbəkələrdə yayılan görüntülərini təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO