2022-ci il Qış Olimpiya Oyunlarının klipi təqdim olundu - VİDEO

Hazırda oxunan: 2022-ci il Qış Olimpiya Oyunlarının klipi təqdim olundu - VİDEO

53884

Çində 2022-ci il Qış Olimpiya Oyunlarının klipi təqdim olunub.

Bizim.Media “vesti.kz” saytına istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Qazaxıstandakı səfiri Zhang Xiao sosial şəbəkələrdə video yayıb. 

“Müxtəlif ölkələrdən CGTN aparıcıları, məşhur blogerlər, idmançılar və musiqiçilər, o cümlədən Qazaxıstandan olan məşhur müğənni Dimaş Kudaybergen “Birgə gələcək naminə” mahnısını ifa ediblər. Bu, Qış Olimpiya və Paralimpiya Oyunlarının rəsmi şüarıdır”, - səfir bildirib.

Videonun qəhrəmanları öz ölkələrinin dilində “Birgə gələcək naminə” mahnısını ifa edirlər.

Xatırladaq ki, 2022-ci il Olimpiadasının açılış mərasimi fevralın 4-də, bağlanış mərasimi isə fevralın 20-də baş tutacaq. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO