Xaçmazlı gənc klassik musiqi dünyasını fəth etdi - VİDEO

Hazırda oxunan: Xaçmazlı gənc klassik musiqi dünyasını fəth etdi - VİDEO

49462

Klassik musiqi dünyasında yeni yüksələn ulduz yaranıb. 26 yaşlı Xaçmazlı Kamran Ömərli Avropanın ən nüfuzlu musiqi məktəblərindən birinin - Madridin Kraliça Sofiya məktəbinin ən görkəmli şagirdi adını alıb.

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı oğlan skripka ilə sözün əsl mənasında klassik musiqi dünyasını fəth edib.

O, hazırda “Euskadiko Orkestra” bask orkestrinin üzvüdür və əvvəllər Freishenet Simfonik Orkestri və Sony Kamera Orkestri ilə çıxış edib.

Bundan əlavə, o, professor Marta Qulyasın rəhbərliyi altında Trio fondunun, Amadeus Qrupunun və professor Heime Müllerin rəhbərliyi altında Oscar Espla de Asis kvartetinin bir hissəsi olub.

“Bizim evdə musiqi ailənin bir hissəsi idi. Mən musiqinin əhatəsində böyümüşəm. İlk musiqi alətimi yeddi yaşımda almışam. Hələ də bilmirəm, skripkanı mən seçmişəm, yoxsa skripka məni seçib?” – Kamran Ömərli jurnalistlərə deyib.

Kamran qeyd edir ki, onun istedadını ilk görən Bakı Konservatoriyasının müəllimi, müxtəlif beynəlxalq qastrol səfərlərində onu müşayiət edən İlham Ağayev olub. 2010-cu ildə gənc musiqiçini korifey Maksim Vengerovun yanına gətirıb. O da Kamranı Kraliça Sofiya məktəbinin Telefonica skripka kafedrasının professoru Zaxar Bronla tanış edib.

Kamranı bu musiqi məktəbinə qəbul olmaq üçün müraciət etməyə razı salan Zaxar Bron olub.

“Mənim üçün o, dahilərin müəllimidir. Musiqidə şəxsi münasibətlərin vacib olduğunu öyrəndim. İnsanları başa düşmək, dünyanı necə gördüklərini bilmək lazımdır”, - deyə Kamran vurğulayıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO