Kanada Azərbaycanlıları Şəbəkəsinin 1 illik fəaliyyətindən görüntülər - VİDEO

Hazırda oxunan: Kanada Azərbaycanlıları Şəbəkəsinin 1 illik fəaliyyətindən görüntülər - VİDEO

0:00
0:00
49424

Kanada Azərbaycanlıları Şəbəkəsi 1 illik fəaliyyətini əks etdirən videoçarx hazırlayıb. 

Bizim.Media xəbər verir ki, sözügedən material şəbəkənin “Twitter” hesabında yayımlanıb.

Videoda Vətən müharibəsi zamanı Ermənistanın dinc əhalini hədəf alaraq Gəncə Bərdə və digər ərazilərdə olan terroruna qarşı etiraz məqsədilə Torontoda keçirilən ardıcıl etiraz tədbirlərindən görüntülər yer alıb.

Həmçinin, ermənilərin Azərbaycana qarşı törətdiyi etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı məlumatlara yer verilib. 

Videoçarx noyabrın 7-də Kanada Azərbaycanlıları Şəbəkəsinin Zəfər günü ilə bağlı tədbirindən görüntülərlə yekunlaşıb. Həmin gün Şimali Amerikanın ən böyük şəlaləsi olan Niaqara Şəlaləsi üzərində Azərbaycan bayrağının rənglərinin proyeksiyası təşkil edilmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO