Azərbaycanın ən yaraşıqlı kişisi filmə çəkildi – VİDEO

Hazırda oxunan: Azərbaycanın ən yaraşıqlı kişisi filmə çəkildi – VİDEO

48045

Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin təqdimat tarixi dəqiqləşib.

Bizim.Media xəbər verir ki, çəkilişləri iki il öncə bitən ekran işi 9 dekabr tarixində tamaşaçıların ixtiyarına veriləcək.

Filmdə işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən bəhs edilir.

Sujet xəttinə görə tərəflər nakam sevgidən qaçmağa çalışsa da, müxtəlif zaman kəsiyində və şəraitində yenidən görüşməli olurlar. Uzun illərin fasiləsinə baxmayaraq onlar hər dəfə üz-üzə gəlir və yenidən ayrılırlar.

Lakin həyat hekayələrinin sonuncu görüşü çox unudulmaz və gözlənilməz olur.

Filmdə baş rolları Əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO