Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: "Hardasan Kənan?" - VİDEO

Hazırda oxunan: Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: "Hardasan Kənan?" - VİDEO

43039

Əməkdar artist Təyyar Bayramovun məşhur müğənni Sami Yusuflə görüntüsü yayılıb.

Bizim.Media xəbər verir ki, görüntüdə Sami Yusuf əməkdar artistin oğlu Kənan Bayramovu səsləyib.

”Kənan hardasan? Kənan”- deyə S.Yusuf çağırış edib.

Xatırladaq ki, Təyyar Bayramov Sami Yusufun oktyabrın 22-si və 23-də Dubayda "Expo 2020"də verəcəyi konsertdə xanəndə kimi onunla birlikdə səhnəyə çıxıb.

T.Bayramov solist kimi gecədə Sami Yusuflə eyni səhnəni bölüşüb, həmçinin konsertdə muğam da səsləndirib. Görüş isə həmin vaxt baş tutub.

Qeyd edək ki, Əməkdar artist Təyyar Bayramov oğlu Kənan Bayramovun Şuşada keçirilən "Xarıbülbül" festivalındakı Bayatı-Şiraz ifası Prezident İlham Əliyevi kövrəltmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO