Təbrizdə valini şillələyən şəxs azərbaycanlıdır – DETALLAR - VİDEO

Hazırda oxunan: Təbrizdə valini şillələyən şəxs azərbaycanlıdır – DETALLAR - VİDEO

42966

Xəbər verdiyimiz kimi, Təbriz Şəhər Valilik binasında şəhərə yeni vali təyin edilən Xürrem Rezevi səhnəyə qalxan bir şəxs tərəfindən hücuma məruz qalıb. Valiyə şillə vuran şəxs bu etirazı onunla əlaqələndirib ki, Təbrizdə fars dilində çıxış təbrizlilərə təhqirdir. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı jurnalist Fikrət Fərəməzoğlu özünün Facebook səhifəsində paylaşım edib və maraqlı məqamlara toxunub:
 

“Bu gün Təbrizdə baş verən məlum hadisənin səbəbkarı heç də kiçik adam olmayıb. Həmin şəxs İran-İraq müharibəsi zamanı yalnız Azərbaycan türklərindən təşkil olunmuş, müharibənin taleyini dəyişmiş, habelə İraq ordusunun ən çox çəkindiyi “Ləşkəre Aşura”, yəni “Aşura Ordusu”nun polkovnikidir.


İranda həmin ordunun tərkibində döyüşmüş, amma sağ qalmış adamlara xüsusi simpatiya var. Çünki onlar müharibə zamanı ən çətin tapşırıqları, ən ağır əməliyyatları keçirən və “Canlı Şəhid” adını qazanmış adamlardırlar.

Bir sözlə, hökumət belə onlardan bu gün də ciddi şəkildə çəkinir.

Adamın adı açıqlanmır. Hadisənin şəxsi zəmində baş verdiyi deyilir ki, bu inandırıcı deyil. Adam, xüsusən də Təbrizli həyatı boyu ciddi səbəb olmadan, özü də Daxili işlər nazirinin düz gözü qarşısında valiyə sillə vurmaz. Demək ki, əsaslı bir səbəb var”.

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO