Bəy öz toyunda Vətən müharibəsi qazisi üçün görün nə etdi? - VİDEO

Hazırda oxunan: Bəy öz toyunda Vətən müharibəsi qazisi üçün görün nə etdi? - VİDEO

42627

Ötən gün Sumqayıt şəhərindəki şadlıq evlərinin birində keçirilən  toyda  duyğusal anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, Qabil adlı bəyin dostları arasında Vətən Müharibəsi qazisi Camal İlqar oğlu Alxasov da olub.
 

Bəy və dostları Vətən Müharibəsində hər iki ayağını itirmiş Camalı əhatəyə alaraq  möhtəşəm rəqs ediblər.


Olduqca nikbin və şən  görünən Camal da  oturduğu yerdə dostlarına qoşulub. Hətta bəyin dostlarından biri Camalı qucağına alaraq  da rəqs edib.

Qazi Camal Alxasov və dostları vətənvərlik mahnısında səslənən həzin mahnının sədaları altında oynayıblar.

Qeyd edək ki, əslən Qubadan olan Camal Alxasov Sumqayıt şəhərində doğulub. Vətən müharibəsi başlayanda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 31-də Qubadlıda düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb və hər iki ayağını itirib.
 

Göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü",  "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olumasına görə"medalları ilə təltif edilib.


Videogörüntünü təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO