Xalq artisti toyuna 1 gün qalmış nişanlısını atıb getdi - İNANILMAZ HADİSƏ - VİDEO

Hazırda oxunan: Xalq artisti toyuna 1 gün qalmış nişanlısını atıb getdi - İNANILMAZ HADİSƏ - VİDEO

42601

Xalq artisti Gülyanaq Məmmədova ATV-nin “1 dəqiqə” proqramında qonaq olub. 

Bizim.Media xəbər verir ki, səmimi cavabları ilə diqqət çəkən Xalq artisti toyuna bir gün qalmış qaçdığını və bir həftə sonra üzə çıxdığını etiraf edib: 

“Bu hadisə 30 il əvvəl olub. Dayım oğlu ilə bir il nişanlı qalmışıq. O demək deyil ki, dayım oğlunu qoyub qaçmışam. Onlar indi də mənim doğmalarımdır. Arzularımın arxasınca getmişəm.

Dayım oğlu mənlə nişanlı olduğu zaman məni sevirdi. Mən də onu dayım oğlu kimi sevirdim. Bir həftə sonra üzə çıxdım. Arzularıma çatdıqdan sonra atam gəlib məni qucaqladı. Dedi ki, biz böyüklərin də həyatda səhvi olur. Gərək səni başa düşərdik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO