Azərbaycanda 4 nəfərin ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Azərbaycanda 4 nəfərin ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATI - VİDEO

41931

Xəbər verdiyimiz kimi, Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verən qəzada 4 nəfər həyatını itirib.

Bizim.Media hadisənin necə baş verdiyi və vəfat edənlərlə bağlı informasiya əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Qubada ağır yol qəzası – 4 nəfər öldü - FOTO


Belə ki, ölənlərin  üçü bir ailənin üzvləridir. Qubanın Alekseyevka kənd sakini, 22 yaşlı Məhəmməd Kamil oğlu Allahverdiyevin idarə etdiyi "Jiquli-Vaz-2107"markalı avtomobilin yoldan çıxaraq ağaca dəyməsi nəticəsində sürücü Məhəmməd, atası, 48 yaşlı  Kamil Atabala oğlu Allahverdiyev, əmisi, 44 yaşlı Ağabala Atabala oğlu Allahverdiyev, Qubanın Xaşı kənd sakini, 52 yaşlı Şamil Həsənbala oğlu Məmmədrəhimov aldığı ağır xəsarətlərdən yerindəcə keçiniblər.

Avtomobildə olan digər sərnişin, 64 yaşlı Quba şəhər sakini Nüsrət Həsrət oğlu Şərifov isə qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi, sağ baldırın qəlpəli sınığı və travmatik şok diaqnozu ilə Quba Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu deyilir.

İlkin olaraq hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu deyilir. Qəzanın tam başvermə səbəbi təyin ediləcək avtotexniki ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
 

Hadisə yerində Quba rayon polis şöbəsinin yol polisi və istintaq bölmələrinin əməkdaşları işləyib. Fakta görə İstintaq bölməsində CM-nin 263.3 maddəsilə cinayət işi açılıb.


Qəzaya düşənlər Xaçmazdan toydan qayıdırlarmış. Ata Kamil Allahverdiyev oğlu Məhəmmədi özü ilə toya aparırmış ki, özü məclisdə spirtli içki içsin, qayıdanda isə avtomobili oğlu idarə etsin. Toydan qayıdanda Məhəmmədin idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca dəyib və dəhşətli faciə yaşanıb.

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO