Rusiyanın kino çəkənləri kosmosdan geri qayıtdı - ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyanın kino çəkənləri kosmosdan geri qayıtdı - ANBAAN VİDEO

41930

"Y.A.Qaqarin” gəmisi ilə kosmosa uçan Rusiyanın sənət adamları yerə enib.

Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Mash Telegram kanalında yayılıb. Mənbə yazır ki, kino çəkənlər kosmosda 12 gün uğurlu vaxt keçiriblər.
 

Aktrisa Yuliya Peresild, rejissor Klim Shipenko və kosmonavt Oleq Novitski Qazaxıstanın çölünə yerə enib. Kosmik gəminin komandiri, kosmonavt Anton Şkaplerov isə kosmosda qalıb.


Yuliya Peresild və Klim Şipenko oktyabrın 5-dən bəri ilk dəfə Yer kürəsinə ayaq basıblar. Oleq Novitski altı ay kosmosda olub.

Film qrupunun orbitdə 12 gün qaldıqdan sonra sağlamlıq vəziyyəti yaxşıdır. Yer üzündə onları hərbçilər təyyarə, vertolyot və digər xüsusi texnika ilə qarşılayıb. Ekipaj üzvlərinin yaxınları onları bir həftə davam edəcək reabilitasiyanın aparılacağı Kosmonavt Təlim Mərkəzində gözləyəcəklər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO