Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... -FOTO

Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... -FOTO

Hazırda oxunan: Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... -FOTO

39145

Moderator.az xəbər verir ki, dekabrın 29-da Gəncədə bir sıra bayram ovqatlı tədbir baş tutub. 

Belə ki, səhər tezdən müjdə soraqlı xəbərlər gəncəliləri ürəkdən sevindirib. Şəhər ictimaiyyətinin nümayəndələri xüsusi təntənə ilə Yevlax-Gəncə və Gəncə Dairəvi Avtomobil yolunun açılış mərasimini böyük rəğbətlə qarşıladılar. Açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov, şəhər rəsmiləri, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər. Bakı-Ələt-Qazax avtomobil magistral yolunun 344-cü km-dən 382-ci km-ə qədər hissəsində yüksək səviyyədə təmir işləri aparılıb.

Tikinti işlərinə 2009-cu ilin mart ayından başlanılıb. 4 hərəkət zolağından ibarət yolun 2 hərəkət zolağı İtaliyanın Empresa şirkətinin, digər 2 hərəkət zolağı isə Koreyanın Ultra Azerko şirkətinin Azərbaycanla birgə əməkdaşlığı ilə inşa edilib. Yolboyu 4 körpü, 8 avtobus dayanacağı salınıb və 82 ədəd müxtəlif diametrli borulardan istifadə olunub. Yolda işarə lövhələri, yol nişanları, zəruri hissələrdə isə işıqlandırma sistemi quraşdırılıb.

Qeyd edək ki, tikinti işləri Asiya İnkişaf və Koreyanın Şinhan Bankı tərəfindən maliyyələşdirilib.

 

***

 

Həmin gün Gəncə Dəmiryol stansiyasının inzibati binasının əsaslı təmirdən sonra açılışı oldu. Açılışda Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov, şəhər rəsmiləri, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları inzibati binanı gəziblər. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto-stend yaradılıb.

2013-cü ilin yanvar ayından start verilən əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kvadratmetr dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub, 2600 kvadratmetr fasadı üzlük aqlay daşı ilə üzlənib. Qapı və pəncərələri dəyəşdirilib, döşəmə 1500 kvadratmetr həcmində qranit daşla təmir edilib.

Burada qazanxana inşa edilib və bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemi ilə təchiz olunub. Sərnişinlərin rahatlığı üçün stansiyada VİP zalı, ana və uşaq otağı, tibb məntəqəsi var.

Yeni inzibati binada müvafiq işçilər üçün yüksək komforta malik iş otaqları yaradılıb.

Gəncə stansiyasının əsaslı təmirini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti həyata keçirib.

Açılış mərasimlərinin sonunda Nəqliyyat naziri Ziya Məmmədov gəncəliləri Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, yeni mühüm tikililərin açılışı münasibətilə təbrik edib, KİV nümayəndələrinin suallarını cavablandırıb.

 

Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/863.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/864.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/865.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/866.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/867.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/868.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/869.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/870.jpg">Gəncədə Yeni ilqabağı çoxsaylı açılış mərasimləri... <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/871.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO