Vladimir Putinin etirafı: “Mobil telefonum yoxdur” – VİDEO

Hazırda oxunan: Vladimir Putinin etirafı: “Mobil telefonum yoxdur” – VİDEO

35358

Rusiya Prezidenti Vladimir Putin mobil telefon istifadə etmədiyini bildirib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin Şərq İqtisadi Forumunda moderatorun sualına cavab verərkən bu barədə danışıb.

“Dəqiq sizin Angela Merkel kimi üstünüzdə telefon yoxdur, buna görə də tədbir zamanı zəng gəlmir. Yeri gəlmişkən, ümumiyyətlə sizin mobil telefonunuz var?”, - moderator soruşub.

“Yox”, - Putin cavab verib.

Qeyd edək ki, Almaniya Kansleri Angela Merkel Moskvaya son səfəri zamanı Vladimir Putinlə görüşdə mobil telefonuna zəng gəlməsi ilə yadda qalmışdı. A.Merkel telefonu səssiz rejimə keçirərək yenidən cibinə qoymuşdu.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO